Deputat Azər Badamov Bakı şəhərində tıxac problemini aradan qaldırmaq üçün göydələnlərin tikintisinə məhdudiyyət qoyulmasını təklif edir.
Millət vəkili bu təklifini parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı səsləndirib.
A.Badamov bildirib ki, Bakıda göydələnlərin sayının çoxalması yenidən tıxac problemini gündəmə gətirir:
“Ona görə hesab edirəm ki, bu problem həll etmək üçün şəhərin mərkəzində göydələnlərin tikintisinə məhdudiyyət qoyub, Bakıətrafı boş ərazilərdə yeni yaşayış massivlərinin, qəsəbələrin salınmasına başlanılmalıdır”.