Heydər Əliyevin silahdaşı vəfat etdi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:44 Azərbaycanda professor vəfat etdi  |     17:32 Rusiyada dələduzluqda ittiham olunan azərbaycanlı vəkilin həbs müddəti uzadıldı  |     17:19 Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb  |     17:12 Dövlət qurumuna işə düzəltmək adı ilə vətəndaşları aldadan keçmiş məhbus ƏLƏ KEÇDİ  |     16:58 Qızılın qiyməti bu həftə ikinci dəfə tarixi maksimumu yenilədi  |     16:52 Mingəçevirdə halı pisləşən şagird öldü (YENİLƏNİB)  |     16:46 Azərbaycan Ukraynaya humanitar yardım üçün bir milyon ABŞ dolları ayırıb  |     16:45 Azərbaycanla BMT arasındakı Töhfə Sazişi təsdiqləndi  |     16:26 Kreml Qazaxıstanın AZAL təyyarəsi ilə bağlı hesabatını şərh edib  |     16:19 Qusar xəstəxanası 20 min, direktoru üç min manat cərimələndi  |     16:07 Özünü "polkovnik" kimi təqdim edən bərbərə səkkiz il həbs cəzası verildi  |     14:45 Bakıda oğlan sevgilisini şantaj etdi: Polisdən ƏMƏLİYYAT  |     14:44 Birinci Qarabağ müharibəsinin daha üç şəhidi dəfn olunacaq  |     14:27 İki yeniyetməni zorladı, onlardan biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT  |     14:08 ABŞ Çindən bağlamaların qəbulunu dayandırıb  |     13:52 Azərbaycanda DƏHŞƏT: 15 yaşlı oğlan özünü ov tüfəngi ilə öldürdü  |     13:42 Azərbaycanlı futbolçunun Belçika klubuna transferi baş tutmadı - SƏBƏB  |     13:15 ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində NƏ BAŞ VERİR? - Kütləvi ixtisarlar başladı  |     12:57 Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib - SOCAR məlumat yaydı  |     12:41 Polis Yardımlıda əməliyyat keçirdi: Saxlanılanlar var  |    

Heydər Əliyevin silahdaşı vəfat etdi - FOTO

Sovetlər dönəmində uzun müddət müxtəlif vəzifələrdə çalışmış, həmçinin Ali Sovetin deputatı olmuş Bilal Mahmudov 89 yaşında vəfat edib.


Median.Az enter.news-a istinadən xəbər verir ki, mərhum prezident Heydər Əliyevin yaxın silahdaşlarından biri kimi tanınan Bilal Mahmudov ölümünə qədər də ölkənin ictimai həyatında özünün aktivliyi ilə seçilib.


Ali Sovetin deputatı olmuş Bilal Mahmudov


Xatırladaq ki, 5 may 1929-cu ildə Tərtər rayonunda anadan olmuş Bilal Mahmudov uzun müddət partiya və dövlət orqanlarında rəhbər vəzifələrdə çalışıb, Tərtər, Bərdə və Yevlax rayonlarının Partiya Dövlət Nəzarəti Komitəsinin sədri və məhz, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə şəxsən onun təşəbbüsü ilə Balakən, Kürdəmir Rayon Partiya Komitələrinin 1-ci katibi vəzifələrində fəaliyyət göstərib. Eləcə də IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.


Ali Sovetin deputatı olmuş Bilal Mahmudov və Heydər Əliyev

Bilal Mahmudov dövlət qarşısındakı xidmətlərinə görə orden və medallarla təltif olunub. Ötən müddət ərzində Heydər Əliyevlə bağlı xatirələri dövrü mətbuatda dərc edilib.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 601 15.03.18 15:55