Yaxın günlərdə Bakı şəhərinin Baş Planına uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyəti Nəriman Nərimanov prospektində və ona bitişik küçələrdə (“Sovetski” adlanan ərazidə) yaşayış evləri və obyektlərin genişmiqyaslı söküntüsünün ikinci mərhələsinə başlayacaq.
Median.Az xəbər verir ki, bu barədə Day.Az-a Yasamal RİH-dəki mənbə bildirib.
Xatırladaq ki, əvvəllər bildirilirdi ki, “Sovetski” ərazisində istifadəyə yararsız yaşayış evlərinin sökülməsi işlərinin davam etdirilməsi məqsədilə prezident İlham Əliyev 2018-ci ildə “Təzə Pir” məscidindən yuxarı – Nəriman Nərimanov prospekti və İsmayıl bəy Qutqaşınlı küçəsi arasında yerləşmiş evlərin alınması barədə göstəriş verib. Bundan sonra isə ərazi təmizlənəcək.