Bakıda yük avtomobili aşıb.
Yol-nəqliyyat hadisəsi Xətai rayonu Nobel prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində baş verib. Həmin küçədən Nobel prospketinə hərəkət edən firmalardan birinə məxsus yük maşını dönmə əməliyyatı edərkən aşıb.
Yola avtomobilin yanacağı dağıldığından hadisə yerinə yanğınsöndürən avtomobil və yol polisi əməkdaşları gəliblər.
Hadisə nəticəsində xəsarət alan olmasa da yük avtomobilinə ziyan dəyib.
Sürücünün sözlərinə görə, qəzaya səbəb başqa bir avtomobilin onun yoluna çıxması olub.(bax.tv)