Azərbaycanlı milyarder ən zəngin rusiyalıların siyahısında » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:42 Azərbaycanlı futbolçunun Belçika klubuna transferi baş tutmadı - SƏBƏB  |     13:15 ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində NƏ BAŞ VERİR? - Kütləvi ixtisarlar başladı  |     12:57 Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib - SOCAR məlumat yaydı  |     12:41 Polis Yardımlıda əməliyyat keçirdi: Saxlanılanlar var  |     12:40 FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  |     12:39 Bakıda iki avtomobil toqquşdu: Üç nəfər öldü  |     12:39 Ağstafada hərbçilər dəm qazından zəhərləniblər  |     12:36 Jurnalist Şəmşad Ağa saxlanıldı  |     12:35 "ChatGPT" yaradıcısından möhtəşəm yenilik: Smartfonları əvəz edəcək qadcet hazırlanır  |     12:33 "Buzlaqlar sürətlə əriyir" - Britaniyalı alim  |     12:27 Qulaqlarda cingiltinin səbəbləri nələrdir? - Həkim açıqlayır  |     12:27 FIDE-dən Karlsenin turnirində iştirak edən şahmatçılara ULTİMATUM  |     12:25 Siqaret çəkməyənlər arasında ağciyər xərçəngi artmaqda davam edir  |     12:24 "Yuventus" Kenan Yıldıza qiymət qoydu  |     12:23 Ölmüş toxumaları "dirildən" material icad edildi  |     12:13 ABŞ-də it döyüşləri təşkil edən kişiyə 475 il həbs cəzası verildi  |     12:10 İspaniyalı hakimlər "Real Madrid"in hədiyyələrindən imtina ediblər  |     12:09 Alimlər 2032-ci ildə asteroidin Yerlə toqquşma ehtimalını nəzərdən keçiriblər  |     12:07 Dağıstanın "Xatiko"su: Pişik altı ildən çox öz sahibinin məzarı üstündə yaşayıb - VİDEO  |     12:03 Maskın fəaliyyəti Vaşinqtonda xaos yaratdı  |    

Azərbaycanlı milyarder ən zəngin rusiyalıların siyahısında

“Bloomberg Billionaire Index”inə görə, yanvar-fevral aylarında rusiyalı milyarderlərin sərvəti 11 milyard dollar artıb.

Oxu.az xəbər verir ki, artım dünya fond birjalarında səhmlərin kotirovkasının yüksəlməsi sayəsində mümkün olub.

İndeksə görə, martın 1-i tarixinə Rusiyanın ən varlı şəxsi “Severstali”nin rəhbəri Aleksey Mordaşov olub. Onun sərvətinin həcmi 19,9 milyard dollar təşkil edir. İki ayda Mordaşovun sərəncamında olan pul vəsaitləri 239 milyon dollar artıb.

İkinci yerdə iş adamı Vladimir Potanin gəlir. Onun sərvətinin həcmi 613 milyon dollar artaraq 19,6 milyard dollara çatıb. Üçüncü sırada 18,9 milyard dollar sərvəti ilə Vladimir Lisin qərarlaşıb.

“Top-10”luğa Leonid Mixelson, Viktor Vekselberq, Alişir Usmanov, Andrey Melniçenko, Vahid Ələkbərov, Mixail Fridman, Roman Abromoviç daxildir.

Qeyd edək ki, siyahıda cəmi 27 rus milyarderin adı yeri alıb.

Dünya üzrə “Bloomberg Billionaire Index”inə gəlincə, ən varlı şəxs “Amazon”un sahibidir – Ceff Besoz. Onun sərvətinin həcmi 126 milyard dollardır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 228 02.03.18 11:44