Qənirə Paşayeva Orduxanla çəkilən selfie fotosundan DANIŞDI » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:52 Azərbaycanda DƏHŞƏT: 15 yaşlı oğlan özünü ov tüfəngi ilə öldürdü  |     13:42 Azərbaycanlı futbolçunun Belçika klubuna transferi baş tutmadı - SƏBƏB  |     13:15 ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində NƏ BAŞ VERİR? - Kütləvi ixtisarlar başladı  |     12:57 Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib - SOCAR məlumat yaydı  |     12:41 Polis Yardımlıda əməliyyat keçirdi: Saxlanılanlar var  |     12:40 FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  |     12:39 Bakıda iki avtomobil toqquşdu: Üç nəfər öldü  |     12:39 Ağstafada hərbçilər dəm qazından zəhərləniblər  |     12:36 Jurnalist Şəmşad Ağa saxlanıldı  |     12:35 "ChatGPT" yaradıcısından möhtəşəm yenilik: Smartfonları əvəz edəcək qadcet hazırlanır  |     12:33 "Buzlaqlar sürətlə əriyir" - Britaniyalı alim  |     12:27 Qulaqlarda cingiltinin səbəbləri nələrdir? - Həkim açıqlayır  |     12:27 FIDE-dən Karlsenin turnirində iştirak edən şahmatçılara ULTİMATUM  |     12:25 Siqaret çəkməyənlər arasında ağciyər xərçəngi artmaqda davam edir  |     12:24 "Yuventus" Kenan Yıldıza qiymət qoydu  |     12:23 Ölmüş toxumaları "dirildən" material icad edildi  |     12:13 ABŞ-də it döyüşləri təşkil edən kişiyə 475 il həbs cəzası verildi  |     12:10 İspaniyalı hakimlər "Real Madrid"in hədiyyələrindən imtina ediblər  |     12:09 Alimlər 2032-ci ildə asteroidin Yerlə toqquşma ehtimalını nəzərdən keçiriblər  |     12:07 Dağıstanın "Xatiko"su: Pişik altı ildən çox öz sahibinin məzarı üstündə yaşayıb - VİDEO  |    

Qənirə Paşayeva Orduxanla çəkilən selfie fotosundan DANIŞDI

Milli Məclisin deputatı Qənirə Paşayeva Hollandiyada yaşayan müxalifətçi bloger Orduxan Teymurxanın sosial şəbəkələrdə onunla olan fotosunu paylaşmasına münasibət bildirib.

“Ölkə.Az”ın məlumatına görə, Q.Paşayeva həmin fotonun bir neçə il öncə Avropa Şurasının iclaslarında iştirakı zamanı çəkildiyini söyləyib:

“Avropa Şurasında xeyli zaman əvvəl iclasa tələsərkən bir azərbaycanlının “sizinlə foto çəkdirəcəm”,- deyərək qəfil kənardan çəkdiyi bir selfie fotonu və elə o fotoda onun necə bir şəraitdə çəkildiyini görmək mümkün olduğu halda ağlına gələni yazaraq guya mənim əleyhimə təbliğat aparmaq düşüncəsinə düşənlərə sadəcə bunu söyləmək istəyirəm:

Millətimiz hər şeyi yaxşı görür və bilir. Hər hansı tədbirlərdə bizə yaxınlaşaraq foto çəkdirmək istəyən bəzən onlarla soydaşımızdan orada kimliyini sorğulamağın mümkünsüzlüyünü, onların hamısını tanımağın, nə ilə məşğul olduğunu araşdırmağın imkansızlığını, və yaxud kənardan yaxınlaşaraq qəfil sizinlə uzaqdan bir selfi kadrı çəkən insanla bağlı araşdırma aparmağın mümkunsüzlüyünü də insanlar gözəl başa düşürlər. Odur ki, özünüzü bu qədər gülünc yerinə qoymayın!”.

Xanım deputat sosial şəbəkələrdə ona qarşı qarayaxma kampaniyası aparan şəxslərə də sərt cavab verib:

“Bir az əvvəl İzmirdə Xocalı soyqırımı tədbiri sonrası dostlar mənə əleyhimə bəzi "mənbə"lərin başlatdığı şər-böhtan, qara piar kampaniyası haqqında bəzi yazılar göstərdilər. Nə deyim, Allah sizə ağıl versin! O qədər ağılsızsınız ki, ağıllı, məntiqli bir qaralama kampaniyası da düşünə bilmirsiniz. Nə zaman işğalçı Ermənistanla bağlı, separatçılarla bağlı, qardaş Türkiyəyə qarşı olan terrorçu təşkilatlarla bağlı sərt açıqlamalarım geniş yayılır, əleyhimə hansısa mənbələrin təbliğatı, şər-böhtan kampaniyası da başlayır. Bəzi kimliyini bildiyim şəxslər mənə bəlli səbəblərdən dolayı yandaşları vasitəsilə əleyhimə bu cür şər-böhtanları yayma fəaliyyəti aparır. Adınızı açıqlamaq o qədər çətin deyil. Sadəcə adınızı yazmağıma belə layiq deyilsiniz. Mən Türk qızıyam. Allahdan belə qorxmadan şər-böhtan,yalanla məşğul olanlardan və onların anti-təbliğatlarından qorxsaydım, illərlə Dövlətim, Vətənim və Millətim üçün mübarizə apara bilməzdim. Çünki illərlədir bu cür yalanlarla, şər-böhtanlarla mənə təsir etmək istəyənlər az olmadı”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 793 01.03.18 15:57