Azərbaycanlılar xaricə vizanı ASAN-dan alacaqlar » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:53 Məşhur amerikalı müğənni barədə filmin nümayişi ləğv edildi  |     16:52 Türkiyənin dəniz limanlarında yük dövriyyəsinin həcmi rekord səviyyəyə çatıb  |     16:47 İnsanların daha xoşbəxt olduqları vaxtlar açıqlandı  |     16:46 Günəşdəki nəhəng koronal dəlik Yer kürəsinə tərəf çevrildi: Maqnit qasırğaları gözlənilir  |     16:44 Rusiyanın ən yaşlı məhbusu öldü  |     16:42 Ronaldu "Ən-Nəsr"də qalacaq?  |     16:41 Dubayı rekord sayda turist ziyarət edib  |     16:34 Hakerlər Azərbaycanda universitetin saytını ələ keçirdilər - FOTO  |     16:18 İki ildən sonra qazın qiymətində ilk yaşandı  |     16:14 Sloveniya XİN-in dövlət katibi Ceyhun Bayramovla görüşdə "Mixaylo"dan DANIŞDI  |     15:58 Sürücülərin NƏZƏRİNƏ: Bakıda bir yolda məhdudiyyət tətbiq olunur  |     15:45 Yer kürəsində maqnit qasırğası: Yaxın günlərdə nə gözlənilir?  |     15:40 Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyuldu  |     14:53 Bullinqə məruz qalan şagird özünü öldürdü - Gecə saatlarında baş verən intiharın DETALLARI  |     14:33 Şagirdlərə konfet adı altında narkotik maddə təklif olunur?  |     14:26 Bərdə polisi əməliyyat keçirdi: Üç kiloqram tiryək aşkarlandı  |     14:17 Güclü külək Xırdalanda faciə ilə nəticələnib: 68 yaşlı piyada avtobusun altında qalıb  |     13:49 Səhiyyə Nazirliyi və AQTA-dan elektron siqaretlərlə bağlı vətəndaşlara MÜRACİƏT  |     13:25 Azərbaycanda iş adamlarının əmlakları hərraca çıxarılır  |     13:09 Bakı həbsxanalarında məhkumlar HANSI XƏSTƏLİKLƏRDƏN ölürlər? (AÇIQLAMA)  |    

Azərbaycanlılar xaricə vizanı ASAN-dan alacaqlar

Azərbaycan vətəndaşlarına “ASAN xidmət” mərkəzləri tərəfindən viza verilməsi üçün “ASAN Viza” - 2 konsepsiyası hazırlanıb.

Median.Az
APA-ya istinadən xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

“Hazırda müvafiq qurumlarla danışıqlar aparırıq. Pilot layihə çərçivəsində bir neçə səfirliklə əməkdaşlıq əlaqəsi qurulacaq.

Əməkdaşlıq qurulduqdan sonra Azərbaycan vətəndaşları daha rahat formada istədikləri ölkəyə viza əldə edə biləcəklər. Hələ danışıqlar gedir. Danışıqlar yekunlaşandan sonra konkret zaman müəyyən olunacaq”, - deyə Dövlət Agentliyinin sədri bildirib.

Qeyd edək ki, hazırda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə qeyri-iş və bayram günlərindən asılı olmayaraq, elektron vizaların üç saat ərzində alınması üçün müraciət edə bilərlər.

“ASAN Viza” sistemi Azərbaycan Respublikası prezidentinin 2016-cı il 1 iyun tarixli, 923 saylı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanı ilə yaradılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 984 01.03.18 12:41