Nazirlik reydlər keçirib, qanun pozuntuları aşkarlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:58 Sürücülərin NƏZƏRİNƏ: Bakıda bir yolda məhdudiyyət tətbiq olunur  |     15:45 Yer kürəsində maqnit qasırğası: Yaxın günlərdə nə gözlənilir?  |     15:40 Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyuldu  |     14:53 Bullinqə məruz qalan şagird özünü öldürdü - Gecə saatlarında baş verən intiharın DETALLARI  |     14:33 Şagirdlərə konfet adı altında narkotik maddə təklif olunur?  |     14:26 Bərdə polisi əməliyyat keçirdi: Üç kiloqram tiryək aşkarlandı  |     14:17 Güclü külək Xırdalanda faciə ilə nəticələnib: 68 yaşlı piyada avtobusun altında qalıb  |     13:49 Səhiyyə Nazirliyi və AQTA-dan elektron siqaretlərlə bağlı vətəndaşlara MÜRACİƏT  |     13:25 Azərbaycanda iş adamlarının əmlakları hərraca çıxarılır  |     13:09 Bakı həbsxanalarında məhkumlar HANSI XƏSTƏLİKLƏRDƏN ölürlər? (AÇIQLAMA)  |     12:44 "Qalatasaray"la oyunu yarıda qoyan komandanın prezidenti istefa verdi  |     12:40 Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb  |     12:22 Bakıda uşaq poliklinikasında körpə öldü  |     12:04 Ədalət Verdiyevin MƏHKƏMƏSİ - Bir ittiham üzərindən götürüldü  |     11:48 Ruben Vardanyanın cinayət işi üzrə növbəti məhkəmə prosesi başlayıb (YENİLƏNİB)  |     11:33 Tanınmış sovet aktyoru vəfat edib - FOTO  |     11:29 Nikol Paşinyan Fransaya gedib  |     11:27 Azərbaycanda iş adamı qəfil vəfat etdi  |     11:19 Ərdoğan Azərbaycanla vacib sazişi TƏSDİQLƏDİ  |     11:18 Trampdan bir sentlik qəpiklərlə bağlı TAPŞIRIQ - Buraxılışı dayandırılır  |    

Nazirlik reydlər keçirib, qanun pozuntuları aşkarlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, gizli və oğurluq yollarla daşınması hallarının qarşısını almaq məqsədilə mütəmadi reydlər keçirilir.

Bu barədə Oxu.Az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Keçirilən reydlər zamanı avtomobillərin yük yerində gizlətmək məqsədilə üzəri qumla, çınqılla, peyinlə, samanla örtülən qanunsuz yolla əldə edilmiş meşə materialları aşkar edilir.

Qeyd edək ki, düşünülmüş gizli yollarla, oğurluq və hiyləgərliklə təşkil olunan bu cür halların qarşısını almaq məqsədilə nazirlik tərəfindən respublika ərazisinin müəyyən istiqamətlərində postlar qurulub.

27 fevral 2018-ci il tarixində Astara rayonunun Ağkörpü kəndinin ərazisində qurulan postda növbəti belə bir düşünülmüş əməlin qarşısı alınıb.

Belə ki, gecə saat 23:30 radələrində Hirkan Milli Parkının əməkdaşları tərəfindən Astara rayonu Şüvi kənd sakini Şamil Mahmudova məxsus “UAZ” markalı, 07-BC-157 dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb.

Avtomobilin yük yerinə keçirilən baxış zamanı gizlətmək məqsədilə üzəri peyinlə örtülən, qanunsuz yolla əldə edilmiş fıstıq cinsindən olan 2,5 m3 həcmində 372,67 manat nırx dəyərində meşə materialı aşkar edilib.

Faktla bağlı məsələnin araşdırılması və hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Astara rayon Prokurorluğuna göndərilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 455 28.02.18 17:16