Azərbaycanlı turistlər Novruzda hansı ölkədə dincəlmək istəyir? - SİYAHI » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:52 Azərbaycanda DƏHŞƏT: 15 yaşlı oğlan özünü ov tüfəngi ilə öldürdü  |     13:42 Azərbaycanlı futbolçunun Belçika klubuna transferi baş tutmadı - SƏBƏB  |     13:15 ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində NƏ BAŞ VERİR? - Kütləvi ixtisarlar başladı  |     12:57 Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib - SOCAR məlumat yaydı  |     12:41 Polis Yardımlıda əməliyyat keçirdi: Saxlanılanlar var  |     12:40 FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  |     12:39 Bakıda iki avtomobil toqquşdu: Üç nəfər öldü  |     12:39 Ağstafada hərbçilər dəm qazından zəhərləniblər  |     12:36 Jurnalist Şəmşad Ağa saxlanıldı  |     12:35 "ChatGPT" yaradıcısından möhtəşəm yenilik: Smartfonları əvəz edəcək qadcet hazırlanır  |     12:33 "Buzlaqlar sürətlə əriyir" - Britaniyalı alim  |     12:27 Qulaqlarda cingiltinin səbəbləri nələrdir? - Həkim açıqlayır  |     12:27 FIDE-dən Karlsenin turnirində iştirak edən şahmatçılara ULTİMATUM  |     12:25 Siqaret çəkməyənlər arasında ağciyər xərçəngi artmaqda davam edir  |     12:24 "Yuventus" Kenan Yıldıza qiymət qoydu  |     12:23 Ölmüş toxumaları "dirildən" material icad edildi  |     12:13 ABŞ-də it döyüşləri təşkil edən kişiyə 475 il həbs cəzası verildi  |     12:10 İspaniyalı hakimlər "Real Madrid"in hədiyyələrindən imtina ediblər  |     12:09 Alimlər 2032-ci ildə asteroidin Yerlə toqquşma ehtimalını nəzərdən keçiriblər  |     12:07 Dağıstanın "Xatiko"su: Pişik altı ildən çox öz sahibinin məzarı üstündə yaşayıb - VİDEO  |    

Azərbaycanlı turistlər Novruzda hansı ölkədə dincəlmək istəyir? - SİYAHI

Novruz bayramı günlərində azərbaycanlı turistlərin ilk növbədə Türkiyə və Gürcüstan, daha sonra isə Avropa ölkələri və Birləşmiş Ərəb Əmirliyinə (Dubay) səfər edəcəyi gözlənilir.

Median.Az
-in məlumatına görə, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, Novruz bayramı günlərində ölkəyə gələn turistlərin sayının ölkədən dincəlməyə gedəcək insanların sayından çox olacağı proqnozlaşdırılır.

N.Bağırov qeyd edib ki, bu ilki Novruz bayramı günlərində Azərbaycana xaricdən gələcək turistlər arasında İran vətəndaşlarının sayının üstünlük təşkil edəcəyi gözlənilir:

"Martın 21, 22, 23-də İrandan Azərbaycana böyük turist qrupları gələcək. İrandan gələcək turistlərin sayının çoxluğunu nəzərə alaraq, bayram günlərində İran və türk müğənnilərinin konsertlərinin keçirilməsi nəzərdə tutulur".

N.Bağırov qeyd edib ki, Novruz bayramı günlərində Azərbaycana ərəb ölkələrindən, Rusiyadan də turistlər gələcək.

Xatırladaq ki, 2016-cı il ilə müqayisədə 2017-ci ildə Azərbaycana gələn xarici vətəndaşların sayı 449 215 (20%) nəfər artaraq 2 691 998 nəfər olub. Onlardan 853 082 nəfər Rusiya, 537 710 nəfər Gürcüstan, 362 597 nəfər İran, 301 553 nəfər Türkiyə, 102 360 nəfər Birləşmiş Ərəb Əmirlikləri, 62 454 nəfər İraq, 57 756 nəfər Ukrayna, 33 273 nəfər Səudiyyə Ərəbistanı, 381 213 nəfər isə digər ölkələrin vətəndaşları olub.

2017-ci ildə xarici ölkələrə gedən azərbaycanlı turistlərin sayı əvvəlki illə müqayisədə 4 faiz azalaraq 4 108,9 min nəfər olub. Azərbaycan vətəndaşlarının 33,4 faizi Gürcüstana, 23,4 faizi İran, 22,5 faizi Rusiya, 14,6 faizi Türkiyə, 1,6 faizi Ukrayna, 1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,5 faizi isə digər ölkələrə səfər edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 385 28.02.18 13:21