Azərbaycanlılar 63 ölkəyə vizasız gedə bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:05 Suriyanın Rusiya hərbi bazalarının ölkədə qalması üçün şərti var  |     13:49 Ankarada 33 nəfər saxta spirtli içkidən ölüb  |     13:34 Sürücülərin DİQQƏTİNƏ: Bakıda bir sıra yollarda işıqforların vaxt planı dəyişdirilib  |     13:17 Ermənistanda iki rusiyalı HƏBS EDİLDİ  |     12:57 Azərbaycanda yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı  |     12:45 Trampın Ukrayna üzrə sülh planının detalları məlum oldu  |     12:36 Yerə yaxınlaşan təhlükəli asteroidin toqquşma ehtimalı əhəmiyyətli dərəcədə artdı  |     12:31 Ağcabədidiə itkin düşən gəncin meyiti tapıldı  |     12:11 ABŞ Avropaya qaz tədarükünü əhəmiyyətli dərəcədə azaldıb  |     11:57 Göyərtəsində 10 nəfərin olduğu təyyarə yoxa çıxıb  |     11:54 Abşeron Gənclər Şəhərciyində qadın QORXU YARATDI: Dövlət qurumları hərəkətə keçdilər - VİDEO (YENİLƏNİB)  |     11:49 Azərbaycanda süfrə yağlarının qiyməti KƏSKİN ARTDI - VİDEO  |     11:47 Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs olundular  |     11:47 Xəzərdə zəlzələ baş verdi  |     11:44 Hoteldə qızla tanış olmaq üçün qalmaqala səbəb olan azərbaycanlı futbolçu komandadan qovuldu  |     11:36 Gəncə Reabilitasiya Mərkəzinin pasiyentinin müəmmalı ölümü: Döyüldüyü iddia edilir  |     11:25 Şagirdlərə intihara sürükləyən oyunun loqosu olan KAĞIZ PAYLANILMASI ilə bağlı məktəbdən açıqlama  |     11:22 Mingəçevirdən Şuşaya müntəzəm avtobus reysi istifadəyə verilir  |     22:57 BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik  |     22:48 Əfqan məmurların "Taliban" liderinin icazəsi olmadan xaricə getmələri qadağan edildi  |    

Azərbaycanlılar 63 ölkəyə vizasız gedə bilər

“Henley&Partners” şirkəti müxtəlif ölkə vətəndaşlarının sərbəst səyahət imkanlarını nümayiş etdirən pasport reytinqini dərc edib.

Bu reytinqdə 75-ci yerdə qərarlaşan Azərbaycan pasportu vizasız 63 ölkəyə səyahət etməyə imkan verir.

45-ci yerdə göstərilən Rusiya pasportu bu ölkənin vətəndaşlarına 114 ölkəyə sərbəst şəkildə səyahət imkanı yaradır. Türkiyə 49-cu yerdə (110 ölkə), Gürcüstan 54-cü yerdə (100 ölkə), Ermənistan 78-ci yerdə (59 ölkə), İran 98-ci yerdə (38 ölkə) qərarlaşıb.

Reytinq cədvəlinin liderləri Yaponiya və Sinqapurdur. Bu dövlətlərin vətəndaşları vizasız 180 ölkəyə səfər edə bilər.

Buna qədər 2014-cü ildə bəri lider olmuş Almaniya pasportu ilə isə 179 ölkəyə əngəlsiz səyahət etmək mümkündür.

Siyahının ilk üçlüyünü eyni vaxtda bir neçə ölkə tamamlayır. Bunlar İtaliya, Finlandiya, İspaniya, Danimarka, Fransa, İsveçrə və Cənubi Koreyadır. Həmin ölkələrin vətəndaşları vizasız 178 ölkəyə səyahət edə bilər.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 259 28.02.18 12:25