200 sakin aldıqları evə köçə bilmir – VIDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Goranboyda 60 yaşlı kişini avtomobil vuraraq öldürüb  |     22:46 Azərbaycan Rusiyaya min tona yaxın kərə yağı ixrac edib  |     22:27 Azərbaycan hökumətindəki mənbə: Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub  |     22:25 Suriyanın keçmiş daxili işlər naziri yeni hökumətə təslim olub  |     22:12 Dövlət Komitəsi kremasiya mərkəzlərinin yaradılması ilə bağlı məsələyə AYDINLIQ GƏTİRDİ  |     21:49 Rusiya vətəndaşının 780 min manatını mənimsəyənə hökm oxundu  |     21:32 Kürdəmirdə 26 yaşlı oğlan atasının iş yerində ÖLDÜ  |     21:15 Rusiya Xarkova raket zərbələri endirib, ölən və yaralananlar var  |     20:59 Azərbaycanın “Avroviziya 2025” təmsilçisi açıqlandı  |     20:46 Aİ-nin Azərbaycana qarşı "Binokl diplomatiyası" davam edir - VİDEO  |     20:25 Qızılağacda qanunsuz ov edən şəxs saxlanıldı  |     20:15 Ərdoğan Suriya prezidenti ilə görüşüb  |     20:12 Qazaxıstan AZAL təyyarəsinin qəzasına dair araşdırmanın ilkin nəticələri dərc etdi  |     19:40 Konqoda meymunçiçəyinə yoluxmuş 100-dən çox xəstə müalicə mərkəzlərindən qaçıb  |     19:27 Bulvarda azyaşlını skuterlə vurdu, məhkəmə cəzalandırdı  |     19:23 "Bakı Gəmiqayırma Zavodu" cərimə olunur  |     19:08 İsveçdə məktəbdə atışma olub, beş nəfər yaralanıb  |     19:01 Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür  |     18:54 Arvadını baltalamaqda təqsirləndirilən şəxsə hökm oxunub  |     18:49 Gürcüstanda dəm qazından iki nəfər ölüb, dörd nəfər xəsarət alıb  |    

200 sakin aldıqları evə köçə bilmir – VIDEO

“200-ə yaxın sakin bir neçə il əvvəl Bakıda tikintisi davam etdirilən binalardan ev alıb. Lakin inşaat işləri 2013-cü ildə dayandırılıb. Buna baxmayaraq sakinlərin pulları da qaytarılmır”.

Median.Az
“Xəzər xəbər”ə istinadən xəbər verir ki, 200-ə yaxın sakin “GLOBAL-SF” MMC tərəfindən paytaxtın Yasamal rayonunda inşa edilən və 25 mərtəbə tikilməsi nəzərdə tutulan binalardan ev alıb. Sakinlərin əksəriyyəti pulu tam, bir qismi isə yarısından çoxunu ödəyib.

Sakinlərin sözlərinə görə, tikinti işləri 2013-cü ildə dayandırılıb. Buna baxmayaraq sakinlərin pulları da qaytarılmır.

Məsələ ilə bağlı şirkətdən bildirildi ki, binada texniki çatışmazlıq olub və bu səbəbdən də Fövqəladə Hallar Nazirliyi tərəfindən inşası yarımçıq saxlanılıb. Artıq problem aradan qaldırılıb və gələn həftədən tikinti işləri davam etdiriləcək.

Şirkətin nümayəndəsi bildirdi ki, binaların bu ilin oktyabrında təhvil verilməsi nəzərdə tutulub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 384 17.02.18 14:59