"Bakının bu qəsəbələri şəhər olsun" - TƏKLİF » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Goranboyda 60 yaşlı kişini avtomobil vuraraq öldürüb  |     22:46 Azərbaycan Rusiyaya min tona yaxın kərə yağı ixrac edib  |     22:27 Azərbaycan hökumətindəki mənbə: Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub  |     22:25 Suriyanın keçmiş daxili işlər naziri yeni hökumətə təslim olub  |     22:12 Dövlət Komitəsi kremasiya mərkəzlərinin yaradılması ilə bağlı məsələyə AYDINLIQ GƏTİRDİ  |     21:49 Rusiya vətəndaşının 780 min manatını mənimsəyənə hökm oxundu  |     21:32 Kürdəmirdə 26 yaşlı oğlan atasının iş yerində ÖLDÜ  |     21:15 Rusiya Xarkova raket zərbələri endirib, ölən və yaralananlar var  |     20:59 Azərbaycanın “Avroviziya 2025” təmsilçisi açıqlandı  |     20:46 Aİ-nin Azərbaycana qarşı "Binokl diplomatiyası" davam edir - VİDEO  |     20:25 Qızılağacda qanunsuz ov edən şəxs saxlanıldı  |     20:15 Ərdoğan Suriya prezidenti ilə görüşüb  |     20:12 Qazaxıstan AZAL təyyarəsinin qəzasına dair araşdırmanın ilkin nəticələri dərc etdi  |     19:40 Konqoda meymunçiçəyinə yoluxmuş 100-dən çox xəstə müalicə mərkəzlərindən qaçıb  |     19:27 Bulvarda azyaşlını skuterlə vurdu, məhkəmə cəzalandırdı  |     19:23 "Bakı Gəmiqayırma Zavodu" cərimə olunur  |     19:08 İsveçdə məktəbdə atışma olub, beş nəfər yaralanıb  |     19:01 Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür  |     18:54 Arvadını baltalamaqda təqsirləndirilən şəxsə hökm oxunub  |     18:49 Gürcüstanda dəm qazından iki nəfər ölüb, dörd nəfər xəsarət alıb  |    

"Bakının bu qəsəbələri şəhər olsun" - TƏKLİF

Bakıda bəzi qəsəbələrin mikrorayona, Abşeronda isə şəhərə çevrilməsi təklif edilir.

Median.Az
xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Tibbi coğrafiya şöbəsinin müdiri, İnsan coğrafiyası istiqamətinin rəhbəri, coğrafiya üzrə elmlər doktoru Zakir Eminov Trend-ə bildirib ki, Əhmədli, Keşlə, Bibiheybət, Bakıxanov, Qaraçuxur qəsəbələrinin mikrorayona çevrilməsi daha düzgündür:

"Bakının böyüməsi ilə əlaqədar əksər qəsəbələr artıq şəhərin bir hissəsinə çevrilib. Buna görə də belə qəsəbələri şəhərin mikrorayonu kimi qəbul etmək daha düzgündür. Əhmədli, Keşlə, Bibiheybət, Bakıxanov, Qaraçuxur paytaxtın mikrorayonu hesab edilərsə, bu ərazilərdə abadlıq, yendənqurma işlərini, əhaliyə sosial-mədəni xidməti daha yaxşı təşkil etmək mümkündür".

Z.Eminov təklif edir ki, Abşeron iqtisadi rayonunda olan qəsəbələrin də çoxu artıq şəhər kimi formalaşıb. Buna görə də Ələt, Sahil, Hövsan qəsəbələrinə şəhər statusu verilsin:

"Abşeronun təbii, iqlim, torpaq şəraitinə görə bu qəsəbələr ətrafında kənd təsərrüfatını inkişaf etdirmək qeyri-mümkündür. Buna görə də respublikanın bir çox qəsəbələrinə şəhər statusu verilməlidir. Ümumiyyətlə, respublikanın yaşayış məntəqələrinin statusuna yenidən baxılması vaxtı çoxdan çatıb".
Hazırda Azərbaycanda 230-dan çox qəsəbənin olduğunu deyən Z.Eminov qeyd edib ki, qanunvericiliyə görə qəsəbənin əhalisinin sayı 15 min nəfərə çatarsa, ona şəhər statusunun verilməsi məsələsinə baxıla bilər.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 708 16.02.18 16:25