“Quş qripi” olan ölkələrdən Azərbaycana quş əti idxalına qadağa qoyuldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:33 Sabahdan külək güclənəcək  |     17:16 İzmirin Adnan Menderes Hava Limanı bağlandı  |     17:10 Tibbi xidmətin göstərilməsi qaydalarını pozmağa görə yeni cəzalar  |     16:55 Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib  |     16:43 Tibbi xidmətin göstərilməsi qaydalarını pozmağa görə yeni cəzalar  |     16:32 Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var  |     16:23 Rusiya Azərbaycana nota verib  |     16:15 Azərbaycanla Şimali Makedoniya diplomatik və xidməti pasport sahiblərini qarşılıqlı viza tələbindən azad edir  |     15:59 Hacıqabulda batan 91 yaşlı kişinin meyiti tapıldı  |     15:53 Attestasiya imtahanından keçməyən bəzi müəllimlərə ikinci şans veriləcək  |     15:48 Bakıda bu ərazi yanır  |     15:47 DİN Bakıda narkotik tranziti və onlayn dələduzluqda şübhəli bilinən Rusiya vətəndaşlarından ibarət iki dəstəni saxlayıb (FOTO)  |     15:40 Dənizdən meyiti tapılan şəxs tələbə imiş...  |     15:39 Tiktoker Roşka ev dustaqlığına buraxılmadı  |     15:35 Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?  |     15:28 Türkiyədə zəlzələ oldu  |     15:24 Karantin rejiminin müddəti uzadıldı - Bu gündən  |     15:20 Xalq artistinə ağır itki  |     15:13 Məktəbli formalarını bu gündən daha ucuz qiymətə ala bilərsiniz  |     15:08 Növbəti həftə magistraturaya ixtisas seçimi başlayır  |    

“Quş qripi” olan ölkələrdən Azərbaycana quş əti idxalına qadağa qoyuldu

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) son məlumatlarına əsasən, bir sıra ölkələrdə (İtaliya, Koreya Respublikası, Konqo, İraq, İran, İngiltərə, Rusiya, Əfqanıstan, Çin və digər ölkələrdə) quşlar arasında “quş qripi” xəstəliyi qeydə alınıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, hazırda bu xəstəlik Azərbaycanla həmsərhəd olan İranın bir çox regionlarında müşahidə edilir.

“Qonşu ölkədən verilən məlumata görə, İranda quşlar arasında “quş qripi” virusunun yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə 25 milyona qədər quş zərərsizləşdirilib. Hər gün bu xəstəliyin yayıldığı bildirilir.

Bununla əlaqədar “quş qripi” xəstəliyi baş vermiş ölkələrdən və regionlardan, o cümlədən İrandan ölkəmizə diri quş və quşçuluq məhsullarının gətirilməsinə qadağa qoyulub və bu barədə aidiyyəti qurumlara məlumat verilib.

Respublikamızın quşların “miqrasiya xətti” üzərində yerləşməsini və qonşu ölkədə “quş qripi” xəstəliyinin yayılmasını nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə və quşçuluq təsərrüfatlarının rəhbərlərinə təsərrüfatlarında saxlanılan quşları “quş qripi” xəstəliyindən qorumaq, qabaqlayıcı tədbirlər görmək məqsədi ilə ev və sənaye quşlarının qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılmasını tövsiyə edir.

Hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir”, - DBNX-dan deyilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 246 13.02.18 15:20