Fədayə Laçın Əfv Məsələləri Komissiyasına müraciət etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:05 Suriyanın Rusiya hərbi bazalarının ölkədə qalması üçün şərti var  |     13:49 Ankarada 33 nəfər saxta spirtli içkidən ölüb  |     13:34 Sürücülərin DİQQƏTİNƏ: Bakıda bir sıra yollarda işıqforların vaxt planı dəyişdirilib  |     13:17 Ermənistanda iki rusiyalı HƏBS EDİLDİ  |     12:57 Azərbaycanda yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı  |     12:45 Trampın Ukrayna üzrə sülh planının detalları məlum oldu  |     12:36 Yerə yaxınlaşan təhlükəli asteroidin toqquşma ehtimalı əhəmiyyətli dərəcədə artdı  |     12:31 Ağcabədidiə itkin düşən gəncin meyiti tapıldı  |     12:11 ABŞ Avropaya qaz tədarükünü əhəmiyyətli dərəcədə azaldıb  |     11:57 Göyərtəsində 10 nəfərin olduğu təyyarə yoxa çıxıb  |     11:54 Abşeron Gənclər Şəhərciyində qadın QORXU YARATDI: Dövlət qurumları hərəkətə keçdilər - VİDEO (YENİLƏNİB)  |     11:49 Azərbaycanda süfrə yağlarının qiyməti KƏSKİN ARTDI - VİDEO  |     11:47 Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs olundular  |     11:47 Xəzərdə zəlzələ baş verdi  |     11:44 Hoteldə qızla tanış olmaq üçün qalmaqala səbəb olan azərbaycanlı futbolçu komandadan qovuldu  |     11:36 Gəncə Reabilitasiya Mərkəzinin pasiyentinin müəmmalı ölümü: Döyüldüyü iddia edilir  |     11:25 Şagirdlərə intihara sürükləyən oyunun loqosu olan KAĞIZ PAYLANILMASI ilə bağlı məktəbdən açıqlama  |     11:22 Mingəçevirdən Şuşaya müntəzəm avtobus reysi istifadəyə verilir  |     22:57 BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik  |     22:48 Əfqan məmurların "Taliban" liderinin icazəsi olmadan xaricə getmələri qadağan edildi  |    

Fədayə Laçın Əfv Məsələləri Komissiyasına müraciət etdi

Həbsdə olan müğənni Fədayə Laçın bağışlanmaq üçün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət edib.

Median.Az
-in məlumatına görə, bu barədə Trend-ə açıqlamasında F.Laçının vəkili Türkel Süleymanlı deyib.

Vəkilin sözlərinə görə, F.Laçın özü komissiyaya müraciət göndərib: "Mənim iştirakım olmayıb. Fədayə xanım özü birbaşa təcridxanadan yazılı şəkildə komissiyaya müraciət edib".

Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə Fədayə Məmmədova (Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan onun barəsindəki həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 511 12.02.18 18:45