Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq | 14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO | 14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb | 13:58 Tramp marşrutu üzrə texniki planlaşdırmanın detalları açıqlandı | 13:57 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO | 13:48 Qazaxda iki gənc bir-birini bıçaqlayıb - Təfərrüat (Yenilənib) | 13:40 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb | 13:36 Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli şəxs həbs edildi | 13:26 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib - Foto | 13:24 Bayram günlərində metroda hərəkətin qrafiki dəyişdiriləcək | 13:11 Sabah Bakıda intensiv yağış yağacaq - 08.11.2026 | 23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr |
Mojo.az Avto
Mojo.az Avto

Evi başına uçan ailə imdad diləyir – Şamaxıda torpaq sürüşməsi

06.02.2018 18:06 5 360
Evi başına uçan ailə imdad diləyir – Şamaxıda torpaq sürüşməsi
Şamaxı rayon Meysəri kənd sakinlərinin evləri torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşüb.

Median.Az
Modern.az saytına istinadən məlumatına görə, beş ildən çoxdur ki, Şamaxıda davam edən torpaq sürüşməsi nəticəsində Meysəri kəndində də bir çox evlərdə çatlar əmələ gəlib.

Meysəri kəndində yaşayan Həsənovların vəziyyəti isə lap dözülməzdir.

Şamaxı rayon Qaz İstismar İdarəsindənailəyə bildirilib ki, ev qəzalı vəziyyətdə olduğu üçün hər an uça və partlayış baş verə bilər. İcra nümayəndəliyi də evə baxış keçirib, hətta Fövqəladə Hallar Nazirliyinə də bir neçə dəfə məlumat verilib. Yararsız vəziyyətdə olan ev təkrar qeydiyyata alınıb. Buna baxmayaraq, hələ də heç bir nəticə yoxdur.

Hazırda həmin evdə iki körpə uşaq və anası yaşayır. Bir ilə yaxındır ki, ev qəzalı vəziyyətdədir. Uşaqların atası ruhi xəstədir, Maştağadakı xəstəxanada müalicə alır.

Uşaqların anası Hənifə Həsənova işləmir, ailənin aylıq gəliri 115 manat civarındadır. Uşağın biri danışma və eşitmə qabiliyyətini itirib, müalicəyə ehtiyacı var.

Həsənovlar ailəsi aidiyyatı qurumlardan imdad diləyir…

Son xəbərlər