Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Şamaxıda zəlzələnin vurduğu ziyanın aradan qaldırılmasına başlanıldı

08.02.2019 23:56 1 566
Şamaxıda zəlzələnin vurduğu ziyanın aradan qaldırılmasına başlanıldı
Şamaxıda zəlzələ nəticəsində dağılmış evlərin əşyalardan boşaldılmasına başlanılıb.

Median.Az
-ın Oxu.Az-a istinadən verdiyi məlumata görə, əşyalar Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən daşınır.

Şəhərdə qəzalı vəziyyətə düşmüş evlərdə yaşayan insanlar isə Şamaxı rayon icra hakimiyyəti tərəfindən yaradılmış sığınacaqlara yerləşdirilib.

Qeyd edək ki, yeraltı təkanlardan sonra Şamaxı rayon Fövqəladə Hallar Komissiyasına 1110 nəfər müraciət edib. 171 evə baxış keçirilib və məlum olub ki, bu evlərdən 29-u tamamilə yararsız vəziyyətdədir. Həmin evlərin 12-si şəhərdə, 17-si rayonun müxtəlif kəndlərində yerləşir.

Bildirilir ki, 32 evin təmirə, 63 evin isə bərpaya ehtiyacı var. 37 evin vəziyyəti qənaətbəxşdir.

Evlər bərpa olunanədək ailələr sığınacaqda yaşayacaqlar.

Son xəbərlər