Dünya çempionu Bakıda "BMW" ilə adam vurub öldürdü - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:51 Beyləqanda kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı  |     18:39 "Səs Azərbaycan"ın iştirakçısı ABŞ-Mekaika sərhədində öldürüldü - VİDEO  |     18:23 Məmmədli sakinləri acınacaqlı durumda: "Şikayətimizə baxan yoxdur" (VİDEO)  |     18:17 Avropa çempionu olan yüngül atlet ağır xəstəliyə tutulduğunu açıqlayıb  |     18:00 Azərbaycandakı qadın hakimlərin sayı açıqlandı  |     17:53 Tikinti materialları bahalaşdı - VİDEO  |     17:45 Aşura günü ÜÇ MİNƏ YAXIN şəxs könüllü qan verib  |     17:36 Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ  |     17:19 Azərbaycanda növbəti torpaq hərracları  |     17:16 Laçın Rayon Polis Şöbəsindən ƏMƏLİYYAT: 300-ə yaxın çətənə bitkisi və silah-sursat aşkarlandı  |     16:41 Mingəçevirdə çayda iki kater toqquşub, xəsarət alanlar var  |     16:35 "Tərlan - 2025" təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri Azərbaycana gəliblər  |     16:27 Ərdoğan: "Zəngəzur dəhlizi geoiqtisadi inqilabın tərkib hissəsidir"  |     16:23 Masallıda 78 il sonra ortaya çıxan həqiqət: Çay plantasiyası yaxınlığında əzablı ölüm  |     15:05 “Qardaşı onu körpə qızı ilə yatarkən öldürübmüş...”  |     14:58 Ərdoğan Azərbaycan və Rusiya arasında yaşanan gərginlikdən danışdı  |     14:53 İki gün əvvəl avtobusun vurduğu qadın XƏSTƏXANADA ÖLDÜ  |     14:46 Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq  |     14:39 Yaponiyada güclü zəlzələ olub  |     14:19 Polşa Rusiyaya nota verdi  |    

Dünya çempionu Bakıda "BMW" ilə adam vurub öldürdü - FOTO

Yanvarın 25-də saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub.

Median.Az-in lent.az-a istinadən verdiyi məlumata görə, naməlum avtomobilin vurduğu 31 yaşlı Səlim Zülfüqarov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədildiyi müəyyən edilib. Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Urxan Orucov saxlanılaraq istintaqa təhvil verilib.

Ölümlə nəticələnən qəzanı törədən və hadisə yerindən qaçan Urxan Orucov peşəkar idmançıdır. Kikboksinq və kunq-fu idman növlərində özünü sınamış 29 yaşlı Urxan 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.










скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 811 26.01.18 17:10