Mojo.az Banner
23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |    
Left Banner
Right Banner

Nəsimi rayonunda həyət uğrunda qarşıdurma: tikinti şirkəti yenə hücum çəkdi - (FOTO+VİDEO)

17.01.2018 18:26 10 779
Nəsimi rayonunda həyət uğrunda qarşıdurma: tikinti şirkəti yenə hücum çəkdi - (FOTO+VİDEO)
Sakinlərin dediklərinə görə, ərazidə tikinti aparmağa hazırlaşan “EDiF” MTK Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun yaxınlarından birinə məxsusdur.

Bununla bağlı Nəsimi Rayon İcra Hakimiyyətinin Rayon təsərrüfatı şəbəsinin baş məsləhətçisi Elvin Bağırovla əlaqə saxladıq.

Median.Az xəbər verir ki, İcra rəsmisi virtualaz.org-a ərazidəki hasarlama və tikinti işlərindən xəbərsiz olduğunu, icra hakimiyyəti tərəfindən həmin ərazinin kiməsə satılmadığını dedi.

“Biz torpaq satmamışıq, rayon icra hakimiyyətinin belə səlahiyyəti yoxdur. Bu işə Əmlak Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti baxır. Bizdə “Abad həyət” layihəsi var və həmin layihə çərçiəsində həyətlər abadlaşdırılır. Bu həyət də həmin həyətlərdən biridir”.
Həmin həyətdə abadlaşma deyil, yaşıllığın məhv edilməsi və bina tikintisini xatırlatdıqda isə, icra rəsmisi tikintidən xəbərsiz olduğunu dedi. Onun sözlərinə görə, həmin ərazidə əhali ağacəkmə aksiyası keçirən zaman müvafiq orqanlardan icazə almalıdır: “Əhali harada gəldi ağac əkir. Bu düzgün deyil. Belə işlər koordinasiya olunmalıdır, ağac əkərkən su və yaşıllaşdırma idarələrindən icazə alınmalıdır. Mənim həmin ərazidə tikintiyə icazə verilməsindən xəbərim yoxdur. Mən öz adıma danışıram, şəxsən mən həmin MTK-ya tikintiyə kimin icazə verməsindən xəbərsizəm. Ola bilər ki, bu icazəni BŞİH versin…”, – deyə Nəsimi Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi bildirdi.

***

Bakının Nəsimi rayonu, 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində yerləşən 5 mərtəbəli kooperativ yaşayış binalarının həyətinin bina tikintisi üçün satılması ilə bağlı məlumat vermişdik. Ərazidə sakinlər tərəfindən salınan yaşıllıq məhv edilib, həyətə buldozerlər salınaraq çoxillik meyvə ağacları kəsilib və daşınıb. Lakin bir neçə gün öncə sakinlər öz vəsaitləri hesabına həmin həyətdə 120 ədəd ağac əkiblər.

Bu gün səhər saatlarından isə tikintini həyata keçirən “EDif” MTK-nın əməkdaşları həmin binaların sakinlərinə zor tətbiq edərək yeni ağaclar əkilən həyəti hasarlamağa başlayıblar. Bu barədə virtualaz.org-a həmin ünvanda yaşayan sakinlər məlumat veriblər. Onların sözlərinə görə, həyətə toplaşan bina sakinlərin etirazlarına heç əhəmiyyət verən də olmayıb. MTK-nın fəhlələri sakinlər toplaşmasın deyə əraziyə sürətlə hasar çəkiblər. Bundan başqa, həmin ünvandakı Nigar Rəfibəyli adına uşaq kitabxanasını da sökməyə başlayıblar.




“EDiF” MTK-nın işçiləri hasarlamanaı video kameraya çəkdiyi üçün binada yaşayan Muxlis Bədirxanovun üzərinə hücum çəkiblər. Ondan telefonla çəkdiklərini silməsi tələb olunub: “Hasarlamanı telefonla çəkdiyimə görə MTK işçiləri üstümə hücum çəkdilər. Telefonu əlimdən alıb çəkdiklərimi silmək istəyirdilər. Polis də kənarda dayanıb tamaşa edirdi. Onlara mane olmaq əvəzinə məni tutub maşına basdılar. Sonra camaatın etiraz elədi, dedilər ki, müharibə veteranıdır, ikinci qrup əlildir, ondan sonra məni buraxdılar”, – deyə M. Bədirxanov deyir.

Ərazidəki hasarlama işlərini virtualaz.org-a 81 saylı MTK-nın sədri Asif Məmmədov da təsdiqləyib. Onun sözlərinə görə, “EDiF” MTK-nın əməkdaşları saxta sənədlə bina sakinlərini hədələyiblər: “Bizə saxta sənəd göstərirlər, hətta sənəddə göstərdikləri ünvan da düz deyil. Bizə zor tətbiq edərək burada hasar çəkirlər. Əraziyə polis də toplaşıb. Polis onlara şərait yaradır ki, hasar çəksinlər, əhali yaxınlaşıb mane olmasın. Hazırda demək olar ki, yüngül konstruksiyalı hasarı çəkib bitiriblər. Bundan sonra isə yəqin ki, əkilən ağacları qıraraq tikintiyə başlayacaqlar”, – deyə A. Məmmədov bildirib.

Qeyd edək ki, virtualaz.org əvvəl də sakinlərin şikayətləri əsasında həmin ünvandakı qanunsuz ağac qırılması, yaşıllıqların məhv edilməsi ilə bağlı yazmışdı. Bundan sonra işlər bir neçə ay dayandırılmış, tikintiyə fasilə verilmişdi. Nəsimi Rayon İcra Hakimiyyətindən isə ərazidə hər hansı ağac qırılması faktı olmadığını, yalnız budama və abadlıq işləri aparıldığını bildirmişdilər//Virtualaz.org












скачать dle 11.3
Mojo.az Banner