Mojo.az Banner
20:01 Eyni cinayəti dəfələrlə törətmiş şəxsə ağır cəza verildi  |     19:36 Naxçıvanda bir sıra qurumlar birləşdi  |     19:14 Azər Qasımlı Qurbanəli Yusifovu övladları ilə hədələyib? - Məhkəmə istintaqı yekunlaşır  |     18:52 Türkiyədən Azərbaycana nə qədər pul köçürülüb?  |     18:45 Azərbaycanda bir qrup şəxsə avtomobillər VERİLƏCƏK  |     18:38 Sabiq deputat Ramiz Mehdiyev barədə: "Siz kimə və nəyə güvənmisiniz?"  |     18:30 AQTA şadlıq sarayında yoxlama keçirdi: İstehlakçıların aldadıldığı müəyyən edildi  |     18:17 Tikinti maqnatının şirkəti cari ildə 41 milyonluq sifariş alıb  |     18:14 Məhkəmə Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi  |     18:00 Qubada Nizami parkının abadlıq işlərinin birinci mərhələsi üçün böyük məbləğ ayrıldı  |     17:42 Cari ildə ölkəyə gətirilən elektron siqaretlərin sayı açıqlandı  |     17:37 Bakıda marşrut avtobusu qadını vurub  |     17:25 İmişlidə pirotexniki vasitələr satanlar saxlanıldı  |     17:10 Bakıdakı bazarlardan birində balıq kürüsü satışında ciddi nöqsanlar aşkarlanıb (Video)  |     16:47 "Çörəyim səhnədən çıxır" - Yaşar Nurinin qızı cavab verdi  |     16:40 Baş nazirdən beynəlxalq ikili diplomla bağlı sərəncam  |     16:39 Gəncədə gənc oğlan pnevmoniyadan vəfat edib  |     16:25 Üç vəzifəli şəxs cərimələndi  |     15:52 Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olundu  |     15:44 Kamran Əsədov işi: 11 abituriyent və pinəçi istintaqa çağırıldı (YENİ DETALLAR)  |    
Left Banner
Right Banner

Orfoqrafiya lüğətindən 10 min söz çıxarılacaq

16.01.2018 18:54 3 316
Orfoqrafiya lüğətindən 10 min söz çıxarılacaq
"Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən 10 minə yaxın sözün çıxarılma ehtimalı var".

Bunu APA-ya AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Orfoqrafiya Komissiyasında müzakirələrin davam etdirildiyini vurğulayan akademik bildirib ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin sonuncu, 2013-cü il nəşrinə dialekt sözlər və eyni sözün 2 variantı daxil edilib: "Məsələn, orfoqrafiya lüğətinin son nəşrində "qarğamaq" və "qarğımaq" sözləri yazılıb. Düzgün variant təbii ki, "qarğımaq"dır".

M. Nağısoylu qeyd edib ki, 2004-cü ildə çap olunan lüğətə 8000-ə yaxın, 2013-cü ildə çap olunan lüğətə isə 110 563 söz daxil edilib.

O, lüğətdən çıxarılacaq sözlərin sayının arta biləcəyini də deyib.скачать dle 11.3