Sabiq deputat Ramiz Mehdiyev barədə: "Siz kimə və nəyə güvənmisiniz?"
Median.Az Musavat.com-a istinadla xəbər verir ki, bu açıqlama ilə keçmiş deputat Musa Musayev çıxış edib.
Onun sözlərinə görə, 1987-1993-cü illər ərzində bu şəxslərin Heydər Əliyevin yolunda heç bir xidmətləri olmayıb:
"Buna baxmayaraq ulu öndər ikinci dəfə hakimiyyətə gələndə Ramiz Mehdiyevə və Abbas Abbasova etimad göstərib. Mehdiyev Prezident Aparatında ikinci adam olub, Abbas Abbasov da Nazirlər Kabinetində.
Görünən odur ki, bunlar vəzifədə olduqları dövrdən iştahalarından birinci olmaq keçib. O vaxt özlərində güc tapa bilmədikləri üçün bu qoca-kaftar vaxtlarında naftalin iyi verən müxalifətlə cütləşib dövlət çevrilişi iştahasına düşüblər. Ay bədbəxtlər, siz kimə və nəyə güvənmisiniz? Əliyə, Cəmilə, Gültəkinə?!
Siz hələ qanmamısınız ki, dünya siyasətinin fenomen şəxsiyyəti olan, 44 gün ərzində 30 illik həsrətə son qoyan, 23 saat ərzində Azərbaycanın suverenliyini bərpa edən İlham Əliyev ilə qarşı-qarşıya gəlmək olmaz?! Cənab Prezidentimizin arxasında milyonlarla insan durub, bəs sizin arxanızda kim durub. Bir sözlə, ulu öndərimizin verdiyi çörək sizin burnunuzdan gəlsin!
Barmaqlıqlar arxasında yatan qohumlarınız erməni daşnakları ilə sizin fərqiniz yoxdur. Bunun bir adı var: Nankorluq, şərəfsizlik, qudurğanlıq və xəyanət! Cinayət cəzasız qalmamalıdır!"
