Naxçıvan gömrüyü ötən il 51 cinayət xarakterli fakt aşkarlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Bu ayın sonunda Putin və Tramp görüşəcək  |     22:42 KİV: ABŞ Avropanın Ukraynaya təhlükəsizlik zəmanəti verməsini gözləyir  |     22:35 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:34 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:20 Azərbaycanda tanınmış həkim vəfat etdi (FOTO)  |     22:12 Ukraynanı qorumağın ən ucuz yolu budur - Berbok  |     22:06 Azərbaycan Şahmat Federasiyasının prezidenti: "Ümidvarıq ki gələcəkdə bütün çempionatlarımız belə keçəcək"  |     21:53 Rauf Məmmədov: "Çempionluğu atama həsr etmək istəyirəm"  |     21:39 Leyla Əliyeva babasını bu sözlərlə təbrik etdi  |     21:25 Bakı – Quba yolunda ağır qəza olub, 4 pakistanlı yaralanıb  |     21:21 Putin-Tramp görüşü bu tarixdə keçirilə bilər  |     21:17 Egey dənizində 4,9 maqnitudalı zəlzələ baş verib  |     20:57 Şəhriyar Məmmədyarov: "Mən bu çempionatda özümü qalib sayıram"  |     20:45 Ağstafada 4 nəfər dəm qazından zəhərlənib  |     20:28 Arvadının xəyanətini tutan kişi həmin tarixi DİVARA YAZIBMIŞ - Oğlu əsgərlikdən gələn ata QATİL OLDU  |     20:27 Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü olub  |     20:15 Bu hotellərin reklamları söküləcək  |     20:14 Hərəkətdə olan "KamAZ" dəhşət saçdı: Piyada öldü, iki nəfər yaralandı  |     19:28 Qızıl alışında beşinci ölkəyik  |     19:24 “Uzbekistan Airways” Daşkənddən Bakıya uçuşların sayını artırır  |    

Naxçıvan gömrüyü ötən il 51 cinayət xarakterli fakt aşkarlayıb

Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən 51 cinayət xarakterli fakt aşkarlanıb, o cümlədən 39 fakt üzrə 40 şəxs barəsində cinayət işləri başlanılıb.

Median.Az
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunu Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin rəisi Novruz Hacıyev 2024-cü il ərzində görülmüş işlər və cari ildə qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasında deyib.

O qeyd edib ki, narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin qaçaqmalçılığı faktları üzrə ayrı-ayrılıqda ümumilikdə çəkiləri 21,5 kq-dan artıq heroin, 7 882 qramdan artıq həşiş, 2 214 qramdan artıq marixuana, 106 qramdan artıq tiryək narkotik vasitələr, 1 057 qramdan artıq metamfetamin, 298 ədəd klobazam psixotrop, 28 617 ədəd tramadol (6 min 438,825 qram) - güclü təsir edən maddələr aşkarlanıb.

N. Hacıyev bildirib ki, ötən il Naxçıvan Baş Gömrük İdarəsi, həmçinin 23 ədəd patron və 1 ədəd sandıqça, 13 665 qutu müxtəlif markalı aksizsiz siqaretlər, 39 450 ABŞ dolları və habelə digər predmet və maddələr aşkarlanaraq götürülüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            171 29.01.25 18:56