Mojo.az Banner
12:08 Qazaxıstandan Azərbaycana sənədlərini düzəltdirmək üçün gələn gənc faciəli şəkildə öldü  |     11:57 Şəhid atası Hüseyn Əzizoğlu vəfat edib  |     11:55 Əsgərlik dövründə əməkhaqqının ödənilməsi qaydası necədir? - Ekspertdən AÇIQLAMA  |     11:49 Sürücülərin NƏZƏRİNƏ: Masazırda yollardan birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq  |     11:41 Cərimə növündə cəzanı icra etməyənlər həbs olunacaqlar - YENİ QAYDA  |     11:39 Sabiq vəzifəli şəxs VƏFAT ETDİ  |     11:28 Samuxda ölümlə nəticələnən avtoqəzanın səbəbi AÇIQLANDI  |     11:21 Daha bir icra başçısı müavinini vəzifədən azad etdi - FOTO  |     11:16 Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verilib  |     23:01 Cəlilabadda "Azərpoçt"un maşını ağaca çırpılıb, sürücü xəsarət alıb  |     22:54 İranda dolların məzənnəsi tarixi rekord müəyyənləşdirdi  |     22:48 Cənubi Muğan kanalına suyun verilişi dayandırılacaq  |     22:41 Azərbaycan Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejim təklif etdi  |     22:36 UEFA Çempionlar Liqası: "Liverpul" - "Qarabağ" - CANLI  |     22:27 Göbələk qocalmanı ləngidə bilər  |     22:22 Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər  |     22:14 Azərbaycan səhiyyə xərclərini 30%-dən çox azaldıb  |     22:10 KİV: Aİ səfirləri Ermənistana hərbi yardım paketini təsdiqləyiblər  |     22:01 Məşhur hind aktyoru saxlanıldı  |     21:56 Bu cərimələr 2 dəfə artırıldı  |    
Left Banner
Right Banner

AYNA "Ukrayna dairəsi"ndə yaranan sıxlığa aydınlıq gətirdi - VİDEO

30.11.2024 16:49 1 167
AYNA
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) "Ukrayna dairəsi"ndə nəqliyyat sıxlığının yaranması ilə bağlı məsələyə münasibət bildirib.

Qurumdan verilən məlumata görə, "Ukrayna dairəsi"ndə yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə hazırlanan layihənin planlanması da simulyasiya nəticələrinə əsaslanmaqla icra edilir. Hazırda dairənin standartlara uyğun olmaması ərazidə bir sıra nəqliyyat problemləri yaradır.

Bildirilib ki, dairədə tıxac hallarından daha çox təhlükəsizlik səviyyəsinin aşağı olması ilə bağlı hallar olur:

"Qeyd edək ki, ötən gün ərazidə heç bir sıxlıq müşahidə edilməyib. Daha əvvəl yaranan sıxlıq isə təmir işlərinin başlanması ilə əlaqədar idi.

Layihə həyata keçirildikdən sonra:

- münaqişəli nöqtələr minimuma endirilərək təhlükəsizlik təmin olunacaq;

- dairənin buraxılış qabiliyyəti artırılacaq;

- hesabi hərəkət şiddəti və sürəti optimallaşacaq;

- piyadaların təhlükəsizliyi və rahatlığı təmin ediləcək.

Bundan başqa, layihə çərçivəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə hərəkətin kanallaşdırılması nəzərdə tutulur".скачать dle 11.3