Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Cərimə növündə cəzanı icra etməyənlər həbs olunacaqlar - YENİ QAYDA

29.01.2026 11:41 651
Cərimə növündə cəzanı icra etməyənlər həbs olunacaqlar - YENİ QAYDA
Cərimə növündə cəzaların icrası ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunur.

Sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

"İcra haqqında" Qanuna təklif edilən dəyişikliyə əsasən, məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə, cərimə növündə cəzanın icrası ilə bağlı hökm onu çıxarmış məhkəmə tərəfindən məcburi qaydada icraya yönəldilməklə həyata keçiriləcək. Bu halda cərimə ilk növbədə məhkumun əməkhaqqına və ya başqa qazancına yönəldilir.

Məhkumun əməkhaqqı və ya başqa qazancı olmadıqda, yaxud bu qazanc cərimənin tamamilə ödənilməsi üçün kifayət etmədikdə, cərimə məhkumun xüsusi mülkiyyətində olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldilir. Bu zaman "İcra haqqında" Qanunun borclunun əmlakına yönəldilməsi ilə bağlı müddəaları tətbiq olunur.

Məhkum ona edilən rəsmi xəbərdarlıqdan sonra cəriməni ödəməkdən boyun qaçırarsa və onun əməkhaqqı və ya başqa qazancı, xüsusi mülkiyyətində əmlakı, ümumi mülkiyyətdə payı, digər qazancı olmazsa, məhkəmə əsas cəza kimi təyin edilən bu cəza növünü icra məmurunun təqdimatına əsasən ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edə bilər.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner