"Toya uşaq gətirməyin" - Yeni dəvətnamələrdə qalmaqallı qeyd » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:37 COP29 çərçivəsində Heydər Əliyev Fondunun "Azərbaycan. Təbiətin sehrində" nəşri təqdim edilib  |     21:31 Alimlər ilk dəfə Antarktidada kəhrəba tapdı  |     21:27 "Bitcoin"in məzənnəsi 92 min dollara çatdı  |     21:14 Tavuş vilayətində erməni hərbçisinin meyiti tapıldı  |     20:56 Tramp Ağ Evdə Baydenlə görüşüb  |     20:46 Ordubadın bir sıra kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq  |     20:33 Ombudsman Beynəlxalq Ədalət Məhkəməsinin qərarını ədalətin bərpasında mühüm addım kimi qiymətləndirib  |     20:12 YAP və Çin Kommunist Partiyası əməkdaşlıq memorandumu imzalayıb  |     19:58 Zaxarova ATƏT-in Minsk Qrupu barədə: "Biz özümüz də narazıyıq"  |     19:46 Paşinyan Azərbaycan Prezidenti ilə BRICS çərçivəsində söhbəti çox vacib adlandırıb  |     19:32 Rusiya XİN COP29 konfransının Bakıda keçirilməsini alqışlayıb  |     18:54 ICGB: "Ukrayna üzərindən qaz tranzitinin dayandırılması Şaquli dəhlizin əhəmiyyətini artırır"  |     18:44 Nazir: "Bərpa olunan enerji layihələri üçün bütün imkanımızı səfərbər etmişik"  |     18:34 Paşinyan: İrəvan və Bakı kommunikasiyalar üzrə razılaşmaya yaxındır  |     18:15 Prezidentin nəvəsi Ronaldinyo ilə bir araya gəlib - FOTO  |     18:06 Rəcəb Tayyib Ərdoğan: "İsraillə ticarəti də, əlaqələri də kəsdik"  |     17:49 Ronaldinyo Bakı Olimpiya Stadionunda - FOTO  |     17:01 COP29 çərçivəsində KOB-ların yaşıl keçidinin təşviqinə dair sənədlər imzalanıb  |     16:55 Ukraynada səfərbərlik: 160 min hərbçi ilə bağlı plan hazırlanır  |     16:27 Azərbaycanda tələbə zəhərlənərək öldü  |    

"Toya uşaq gətirməyin" - Yeni dəvətnamələrdə qalmaqallı qeyd

Son günlər sosial şəbəkələrdə yayılan dəvətnamə görüntüləri ölkə gündəmindəki maraqlı mübahisələrdən birinə çevrilib. Belə ki, yeni nəsil dəvətnamələrdə uşaqların toya gətirilməməsi barədə çağırış edilir.
Çağırışda isə belə yazılır:

“Əziz qonaqlar, bu fani dünyaya nə qədər uşaq gətirirsiniz gətirin, amma toya gələndə gətirməyin”.
Maraqlıdır, yeni-yeni yayılmağa başlayan bu çağırışın səbəbləri nədir? Uşaqların toya nə kimi ziyanları var?

Median.Az "Bakuplus.az"a istinadən bildirir ki, mövzunu sosial tərəfdən şərh edən sosioloq Üzeyir Şəfiyev uşaqların toylardan kənarlaşdırılmasını doğru hesab etmir:

“Düşünürəm ki, uşaqların toya gətirilməməsi barədə edilən çağırışlar yaxşı hal deyil. Çünki toy bizim milli-mənəvi dəyərlərimizi özündə əks etdirən, min illik qədim adət-ənənələrimizdən biridir. Bu adətlərdə Azərbaycan xalqının düşüncələri, arxeotipləri öz əksini tapır. Hesab edirəm ki, toylar və digər mərasimlər vasitəsilə insanlar həm də sosiallaşır, həmrəyləşir, insanların xarakteri formalaşır. O cümlədən uşaqların xarakterinin formalaşmasında da toyların rolu var. Bu baxımdan belə mərasimlərdən uşaqların kənarlaşdırılması hesab edirəm ki, düzgün deyil. Uşaqlar həmin mühitdə də şübhəsiz ki, sosiallaşa bilir. Əlbəttə, uşaq psixologiyasını da nəzərə alaraq toyu elə təşkil etmək olar ki, uşaqlar həmin mərasimlərdən özlərinə pay götürsün. Yəni sosiallaşmasında faydalı olsun.

Sözsüz ki, uşağın yaşı da nəzərə alınmalıdır. Ancaq hesab edirəm ki, bütövlükdə uşaqlar toylarda iştirak eləməlidir. Necə ki, qədimdə kənd uşaqlarının toya qatqısı bir başqa olurdu. Toylar da uşaqların gələcək həyatında xoş nostaljlər yaradırdı. Bir daha səsləndirirəm: uşaqların toya gətirilməməsi ilə bağlı çağırışlar doğru deyil”.

Bəzi toy sahibləri qeyd edilən çağırışları uşağın psixologiyasına mənfi təsir ilə əlaqələndirirlər. Maraqlıdır, toy uşaq psixologiyasına təsir edirmi?
Bakuoplus.az-ın sualını cavablandıran psixoloq Fidan Nizamova deyib ki, bu çağırışı çox düz ediblər:
“Çünki uşaqların elə böyük bir məclisdə olması, ancaq mane ola bilər. Amma onu da deyim ki, toyun uşaq psixologiyasına nə mənfi, nə müsbət təsiri var. Düzdü, bəzi uşaqlar var ki, səsə həssasdır və ya hiperaktivdir. Belə uşaqları toya, məclisə qəti aparmaq olmaz. Ancaq toya aparılan, cəmiyyət içində çox olan uşaqlar sosiallaşır, özlərini ifadə etməyi, davranış qaydalarını öyrənirlər”.

Belə dəvətnamə hazırlayan cütlüklərdən biri – Aysel və Nazim səbəbini əlavə pul verməkdə görürlər:
“Hansısa bir uşaq gedib açılmayan stolda oturanda, ofisiantlar onun qarşısına boşqab, yemək düzürlər. Restoran rəhbərliyi də həmin stolun pulunu bizdən alır. Uşaq nə başa düşsün orda oturulmadığını? Ona görə bacardıqları qədər toya uşaqlarını gətirməməklərini deyirik. Həm də bəzi uşaqlar gəlinlə bəyin yanından əl çəkmirlər. Rəqs edəndə ayağa dolaşırlar, paltardan tuturlar”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            438 11.11.24 18:02