Azərbaycanda gənclər arasında insult halları ARTIB - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:40 Parkda ər-arvadı döyənlərin işi: Özlərini polis kimi təqdim edib, nikah şəhadətnaməsi istəyiblər  |     15:17 Mariya Zaxarova: "Ermənistan Aİİ-dən çıxacağı təqdirdə ixracı 80% azalacaq"  |     15:10 Ağcabədiyə atası evinə qonaq gəlmişdi, partlayışda iki uşağını itirdi - VİDEO (YENİLƏNİB)  |     14:57 Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri bu axşam Bakıya gələcək  |     14:54 Polis Ağcabədidə 12 kiloqram narkotik vasitə aşkarladı - VİDEO  |     14:41 İnsult keçirən Nazimlə bağlı yeni fakt: Bir müddət öncə böyrək köçürülübmuş....  |     14:29 DİN: Kiberdələduzlar son günlər yeni üsül və texnoloji yeniliklərdən istifadə edirlər - VİDEO  |     13:45 Sevgilisinin üzünə turşu tökən qadın məhkəmə zalında həbs olundu  |     13:30 İsrail HƏMAS-la döyüşlərdə həyatını itirən hərbçilərinin sayını açıqladı  |     13:10 Azərbaycan hərbçiləri "Qış təlimi - 2025"də yüksək peşəkarlıq nümayiş etdirirlər  |     13:00 Əli Əsədov Almatıda beynəlxalq forumda iştirak edir  |     12:57 Yol polisindən hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT  |     12:54 Ağcabədidə gənc oğlan anasının maşınını ağaca çırpıb, ölən və xəsarət alan var  |     12:52 Vaşinqtonda təyyarə qəzasında həlak olanlardan 40-nın cəsədi aşkar edildi  |     12:52 Xaçmazda evdə siqaret çəkən kişi yanaraq ölüb  |     12:49 UEFA əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişməyib  |     12:47 Plastik cərrahlara verilən vaxt başa çatır - SON GÜNDÜR  |     12:45 "Baku Bus"ın sürücüsü sükan arxasında infarkt keçirdi: Qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ (VİDEO)  |     12:43 Faytonçu Nazim xəstəxanaya yerləşdirildi  |     12:39 Azərbaycanın Yunanıstadaki səfirliyin keçmiş 1-ci katibi saxlanılıb, 500 AZN cərimələndi  |    

Azərbaycanda gənclər arasında insult halları ARTIB - VİDEO

Son illərdə ölkəmizdə insult halları sürətlə artır.

Median.Az
Xəzər TV-yə istinadən bildirir ki, dünya səhiyyə təşkilatının məlumatına görə Azərbaycan insult nəticəsində ölüm hallarının yüksək olduğu ölkələr arasındadı. Ümumilikdə, ölkədə hər il təxminən 11000 dən çox insan insult keçirir.

İnsult əvvəllər daha çox yaşlı insanlar arasında müşahidə edilirdisə, indi bu xəstəlik gəncləri də ağuşuna alıb. Nevroloq Röyanə Quluzadə deyir ki, yüksək arterial təziq, qanın laxtalanmaya meyililiyi, şəkərli diabet kimi xəstəliyi olan istənilən yaş qrupuna aid insanlarda damarlar zədələnir. Belə olduqda isə insult və infakta meyillilik artır.

Risk faktorları arasında diabet, stress, qeyri-sağlam qidalanma və genetik meyillilik də yer alır. Kardioloq Günay Rəhimova deyir ki, bəzən ürək damarlarında tromp dənəcikləri əmələ gəlir. Daha sonra bu dənəciklər birləşdiyi halda böyük trompa çevrilərək insult faktını yaratmış olur.

Gənclər arasında artan insult halları ciddi narahatlıq doğurur. Amma sağlam həyat tərzi və vaxtında tibbi müdaxilə ilə bu problemi azaltmaq mümkündür. Gənclərimiz sağlamlığını qorumaq üçün aktiv olmalı, stressi idarə etməli və mütəmadi olaraq həkim yoxlanışından keçməlidirlər.

Ətraflı videomaterialda:скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            216 19.10.24 18:03