Qaxda fındıq yığımı başa çatıb, məhsuldarlıq aşağı olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:11 Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb  |     19:04 İyulda dövlət sərhəddini pozduqlarına görə saxlanılanların sayı açıqlanıb  |     18:59 Sabah Bakıda hava günəşli keçəcək  |     18:50 Kamçatkadakı Klyuçevskaya Sopka vulkanı 9 km hündürlüyə kül atıb  |     18:45 Xəzər rayonunda avtomobil piyadanı vuraraq öldürüb  |     18:36 Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb  |     18:30 Dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılıb  |     18:23 Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb  |     18:18 KİV: Netanyahu Qəzzada hərbi əməliyyatlarla bağlı qərarını təxirə salıb  |     18:00 Şəmkirdə 140 min tona yaxın kartof yığılıb  |     17:47 Ermənistan hərbi təlimə hazırlaşır  |     17:32 27 yaşlı azərbaycanlı gənc Serbiyada faciəvi şəkildə öldü  |     17:18 Türkiyə "Crocus" terroru ilə bağlı Rusiya ilə məlumat mübadiləsi aparır  |     17:04 Sabirabadda azyaşlılara əxlaqsız hərəkət edən şəxs saxlanıldı - Video  |     16:43 Azərbaycanda deputat xadiməni MƏHKƏMƏYƏ VERDİ  |     16:23 Məktəblilərimiz üç medal qazandılar  |     16:22 Sabunçuda yanğın olub  |     15:57 Konor Makqreqor yenidən UFC-yə qayıtdı  |     15:41 Rusiya ordusu daha bir yaşayış məntəqəsini nəzarətə götürüb  |     15:33 Azərbaycanda sabiq məhkəmə hakimi vəfat etdi  |    

Qaxda fındıq yığımı başa çatıb, məhsuldarlıq aşağı olub

Qax rayonunun əksər kəndlərində təsərrüfatın böyük bir hissəsini fındıqçılıq təşkil edir ki, bu sahə də kənd əhalisinin əsas məşğuliyyət sahəsi və gəlir mənbəyi hesab olunur.

Report-un Şimal-qərb bürosunun məlumatıan görə, rayonda bir ay davam edən fındıq yığımı artıq başa çatıb.

Güclü yağışlar və dolu səbəbindən fındıq bağlarında məhsuldarlıq xeyli aşağı düşüb. Orta hesabla 200 fındıq kolu olan kəndli ötən il həmin sahədən 2 ton məhsul götürürdüsə, bu il rəqəm 800 kq-1 ton arası olub.

Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən "Report"un yerli bürosuna bildirilib ki, təsərrüfat sahələrinin 10 186 hektarını fındıq bağları təşkil edir. Məhsuldarlıq hər fındıq kolu üçün 8,5 kq təşkil edib.

Qeyd edək ki, bağlardan yığılan fındıq kənd ərazisində səyyar şəkildə fəaliyyət göstərən fındıq təmizləyən maşınlar vasitəsi ilə təmizlənir. Bundan başqa, rayon ərazisində fındıq zavodları da fəaliyyət göstərir. Hazırda fındığın 1 kiloqramını qiyməti 4-4,50 AZN təşkil edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            615 16.10.24 22:24