Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyə "Crocus" terroru ilə bağlı Rusiya ilə məlumat mübadiləsi aparır

02.08.2025 17:18 1 065
Türkiyə
Türkiyə Rusiya ilə Moskva vilayətində "Krokus Siti Holl"da baş verən terror aktı ilə bağlı məlumat mübadiləsi aparır, lakin detallar açıqlanmır. Türkiyə tərəfi şübhəlilərin Rusiyaya təhvil verilməsi məsələsini şərh etməkdən imtina edir.

Bu barədə "RİA Novosti" agentliyinə Türkiyənin müvafiq qurumundakı mənbə bildirib.

"Ölkələr zəruri məlumatları mübadilə edirlər, detallar açıqlanmır", - deyə agentliyin həmsöhbəti bildirib.

Qeyd edək ki, bir müddət əvvəl "Crocus City Hall "da terror aktını həyata keçirməkdə şübhəli bilinən Muhammasobir Fayzov etiraf edib ki, Türkiyədə yaşayan qardaşı da cinayətdə iştirak edib. Onun sözlərinə görə, qardaşı İŞİD üzvüdür. Fayzovun qardaşı axtarışa verilib.

Türkiyənin işdə adı keçən şəxsləri Rusiyaya təhvil vermək ehtimalı ilə bağlı dəqiqləşdirici suala mənbə qeyd edib ki, bu barədə məlumat yoxdur.

"Şərhsiz", - deyə o əlavə edib.

Cinayətdə adı keçən şəxslərlə bağlı iş mahiyyəti üzrə baxılması üçün ikinci Qərb dairə hərbi məhkəməsinə göndərilib.

Xatırladaq ki, 2024-cü il martın 22-də Krasnoqorskda yerləşən "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 609 nəfər yaralanıb, 149 nəfər həlak olub. Terrordan sonra dörd icraçı - Muhammadsobir Fayzov (terror aktını təşkil edənin kiçik qardaşı), Dalercon Mirzoyev, Saidakrami Raçabalizodə və Şamsiddin Fariduni Ukraynaya qaçmağa cəhd edib, lakin Bryansk vilayətinin ərazisində saxlanılaraq Moskvaya aparılıb. Daha sonra konsert zalına hücum edənlərin əlbirləri də tapılıb.

Son xəbərlər