Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

“Crocus” işi üzrə təqsirləndirilən şəxslə bağlı YENİ DETALLAR

29.04.2024 12:57 885
“Crocus” işi üzrə təqsirləndirilən şəxslə bağlı YENİ DETALLAR
"Crocus City Hall"da baş verən terror aktının iştirakçısı Cumoxon Kurbonov və onun qardaşı Suxrob Moskvada tikintidə işləyiblər.

Bu barədə "RİA Novosti"yə qardaşların yaşadığı hostelin əməkdaşı məlumat verib.

Moskvanın Basmannı məhkəməsi terror aktı ilə bağlı aparılan istintaq çərçivəsində əslən tacikistandan olan 20 yaşlı Cumoxon Kurbonovun həbs müddətini mayın 22-dək uzadıb.

İstintaqın məlumatına görə, o, şəriklərini rabitə vasitələri və xərcləri ödəmək üçün pulla təmin edib.

Cinayət işi üzrə həbs olunmazdan əvvəl Cumoxon qardaşı Suxrob ilə xuliqanlığa görə 15 sutka inzibati həbs edilib.

Suxrobun cinayət işinin bir hissəsi kimi tutulması ilə bağlı heç bir məlumat yoxdur.

Qeyd edək ki, "Crocus"da törədilən terror aktı ilə bağlı indiyə qədər 12 nəfərin saxlanıldığı məlum olub.

Xatırladaq ki, martın 22-də Moskva yaxınlığındakı Krasnoqorskdakı "Crocus City Hall" konsert zalında terror aktı baş verib.

Silahlı şəxslər zala girərək tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb.

Rusiya İstintaq Komitəsi "terror aktı" maddəsi ilə bağlı cinayət işi açıb.

Hadisə nəticəsində 551 nəfər yaralanıb, 145 nəfər (altısı uşaq) həlak olub.
//Baku.wsскачать dle 11.3
Mojo.az Banner