Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Otellərin "ulduz fırıldaqçılığı": Məqsəd nədir?

15.10.2024 22:32 2 295
Otellərin
"Təəssüflər olsun ki, bəzi otelllərdə müştəriləri aldadaraq bu cür addımlar atırlar. Bu da müştərilərdə çaşqınlığa səbəb olur. Hətta bəzən müştəriləri aldadaraq bir otelin içində bir neçə otelin olduğunu göstərərək sadəcə görüntü yaratmaqla satışlarını artırmağa çalışırlar".

Bunu Qaynarinfoya turizm eksperti Ceyhun Aşurov Bakıda 77 mehmanxananın qonaqları aldatması ilə bağlı faktlara münasibət bildirərkən deyib.

Ekspert bildirib ki, hazırda Azərbaycanda ulduz təsniflatlaşdırlması prosesi davam edir:

"Turizm haqqında qanun" qəbul edildikdən sonra bu məsələ icbari xarakter daşıdı və otellərin ulduz təsnifatlaşdırılmasından keçməsi mütləqdir. Əks halda otel bu təsnifatlaşdırımdan keçməsə onu cərimə də gözləyir. Bu proses zaman alan məsələdir. Bu çox sürətli olmur, zaman-zaman otellər müraciət edərək təsnifatlaşdırmadan keçirirlər. COP29-la əlaqədar proses bir az da sürətlənib".

Ekspert bu gün Azərbaycanda 800-ə yaxın otelin olduğunu vurğulayıb ki, bunun da yalnız 300-ə qədəri təsnifatlaşdırmadan keçib:

"40-a yaxın otel bu təsnifatlaşmadan keçə bilməyib. Bu proses hələ ki, davam edir. Bundan əvvəl ulduz təsnifatlaşdırmasını Mədəniyyət Nazirliyi həyata keçirirdi. Bunlar müddətli olur. Müddətdən sonra qüvvədən düşür. Yenidən otelin vəziyyətinə baxılır və ulduz təsnifatlaşdırılması aparılır. Əvvəlki ulduz təsnifatlaşdırılmasına görə verilən ulduzlar artıq qüvvəsini itirib. Bu müddətdə bir çox liberal addımlar atıldı. Turizm şirkətlərində lisenziyalar ləğv edildi. Eyni zamanda otellərdə bu məsələ məcburi deyil, daha çox könüllü idi. İndi vəziyyət daha fərqlidir. Turizm sahəsində sağlam rəqabətin təmin olunması, müştəri məmnuniyyətinin artırılması üçün Avropa Otellər Komissiyası, Azərbaycan Otellər Assosiasiyası və Dövlət Turizm Agentliyi ilə bir yerdə işləyir. Bir çox kriteriyalıar var. Səhv etmirəmsə, 300-ə yaxın kriteriya mövcuddur. Otellərdə həmin kriteriyalara baxılır və yekunda qiymətləndirilərək ulduzlaşmaq məsələsi həyata keçirilir".



Ekspert qeyd edib ki, bir çox otellər tikilib və yaxud da mövcud otellər, hansısa ulduz katiqoriyasına layiq görülmüşdüsə, artıq onlar qüvvəsini itirib:

"Buna uyğun olaraq da indiki təsnifatlaşdırmaya kimi bəzi otellər onlayın portallarda öz satışlarını ulduz katiqoriyalarına görə davam etdirir. Təsnifatlaşdırmadan keçdikdən sonra müvafiq ulduz katiqoriyasına özlərini mövqeləndirməyə məcburdurlar. Yəni bu günün reallığı ilə addım atırlar. Burada təkcə ulduz təsnifatı rol oynamır, eyni zamanda müştəri, turistlərlə doğru şəkildə davranmaq məsələsi də xüsusi əhəmiyyət kəsb edir. Düşünürəm ki, proses tamamlandıqca bu kimi məsələlə aydınlıq gətiriləcək və nöqsanlar tədricən aradan qaldırılacaq".

Ekspert deyir ki, hər hansı oteli rezerv edən müştəri otelə gələrkən real vəziyyəti görür və xidmətlə yaxından tanış olur:

"Onun da gözləntilərinə uyğun xidmət olmadıqda əlbəttə bu müştərinin etirazına səbəb olur. Yeni qanunda qeyd edildiyi kimi artıq 10 otaqdan az olan yerləşmə yerləri otel hesab olunmur. Ona görə orada otel sözünü yazılması qaydalara uyğun deyil. Bunlar daha çox qonaq evləri statusuna uyğun gəlir".

Ceyhun Aşırov düşünür ki, Azərbaycanda otellərin sayı artdıqca, eyni zamanda təsnifatlaşdırılma yekunlaşdıqca daha sağlam rəqabət mühiti formalaşacaq ki, bu da müştəri məmnuniyyətini artırmış olacaq.

Qeyd edək ki, Dövlət Reklam Agentliyinin məlumatına görə, Bakıda 77 mehmanxana sahiblərinin qonaqları aldatması məlum olub. Azərbaycan Dövlət Reklam Agentliyi ilə Dövlət Turizm Agentliyinin birgə əməkdaşlığı çərçivəsində 2024-cü ilin sentyabr ayında təkcə paytaxtda ulduz kateqoriyasını düzgün qeyd etməyən 70 mehmanxananın açıq məkandakı reklamlarında düzəlişlər edilib. Məlumatda bildirilib ki, mehmanxanalar müvafiq sertifikata malik olmadan daha yüksək ulduz dərəcəsi ilə satış həyata keçirirlərmiş.

Son xəbərlər