Narkoloji Dispanserdə insident: "Bir-birimizə toxunduq" » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:05 Rusiya ordusu Kursk vilayətində daha bir məntəqədə nəzarəti bərpa etdi  |     17:50 Bakıda şirkətin soyuducularını satıb pulunu "yedilər"  |     17:37 Professor: "Səhiyyənin iki qurum tərəfindən idarə olunması işləri korlayır"  |     17:29 Azərbaycanda hava kəskin dəyişəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ  |     16:47 "Kartdan-karta" üsulu ilə işləyən daha 467 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     15:28 Azarkeşlər "Qarabağ"ı və "Sumqayıt"ı ziyana saldılar  |     14:37 Bu gün keçiriləcək görüşləri hansı kanallardan izləmək olar? (ANONS)  |     14:34 "Plato Capital and Co. İnvestisiya Şirkəti"nin lisenziyası ləğv olunub  |     14:28 Messinin dünən Bakıda imzaladığı papaq satışa çıxarıldı - ŞOK QİYMƏT (FOTO)  |     14:24 Tələbə arvadını və körpəsini öldürən ömürlük məhkumla bağlı QƏRAR  |     14:18 Bu ərazilərdə ev və mənzil qiymətləri arta bilər - VİDEO  |     14:09 Son günlər metroda nə baş verir? - VİDEO  |     14:08 Bakıda 2 qadın faciəvi şəkildə həlak oldu (FOTO)  |     14:04 Azərbaycan neftinin qiyməti 76 dolları ötdü  |     13:55 Yaxın qohumlar aldanaraq yarım milyon manata yaxın pulu itirdilər  |     13:35 Azərbaycanın Baş naziri Moskvada Heydər Əliyevin xatirəsini anıb  |     13:21 Ağdaşda FACİƏ: Kanalda boğulan şagirdin MEYİTİ TAPILDI (YENİLƏNİB)  |     13:19 DİN rəhbərliyi Ulu Öndərin məzarını ziyarət etdi - FOTO / VİDEO  |     13:15 Vətəndaşların ad-soyadlarını qanunsuz dəyişən rəisə 9 il həbs cəzası verildi  |     13:09 Səhiyyə Nazirliyi: Ölümündən sonra orqanlarını bağışlamaq istəyən şəxslərin sayı üç dəfə artıb  |    

Narkoloji Dispanserdə insident: "Bir-birimizə toxunduq"

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ixtisaslaşdırılmış şöbəsinin yeməkxanasında 1986-cı il təvəllüdlü Seymur orada müalicə alan Əzizə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 18 aprel 2023-cü il tarixdə saat 14 radələrində baş verib. Seymur məhkəmə qərarına əsasən məcburi qaydada müalicə aldığı Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzinin ixtisaslaşdırılmış şöbəsinin yeməkxanasında, onunla birgə məcburi müalicəyə cəlb edilmiş Əzizin ünvansız nalayiq ifadələr işlətməsini əsas gətirib. O, mətbəxlə yeməkxananın arasında olan nəfəsliyin mətbəx tərəfdən altındakı masanın üzərindən bıçağı götürərək Əzizin sağ bud və qarın nahiyələrindən qəsdən vurub.

Hadisəni törədən Seymur barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Seymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, narkoloji dispanserdə müalicə alarkən onunla eyni zamanda müalicəsini davam etdirən Əzizlə aralarında anlaşmazlıq yaranıb: "Yeməkxanadan keçən zaman bir-birimizə toxunduq. Mətbəx bıçağı ilə onu bıçaqlayaraq 1 dəfə xəsarət yetirdim. Mətbəx bıçağını pəncərədə qoyulduğu yerdən götürdüm. Niyyətim onu vurmaq olmayıb, qorxutmaq istəyirdim. Əzizin sağ tərəfdən qarnına vurdum. Əziz ayağı dolaşaraq yerə yıxıldı. Həmin vaxt arxadan yaxınlaşan müalicə alan şəxslər araya girdilər. Mən dərhal bıçağı əlimdən buraxdım. Həmin vaxt Əziz ayaq üstə qalxaraq nəslimə söysə də, Əzizə əhəmiyyət vermədim".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Əzizin sözlərinə görə, təqsirləndirilən Seymuru müalicə müəssisəsinə yerləşdirildikdən sonra tanıyıb, ədavətləri və ya düşmənçilikləri olmayıb: "Orada olarkən aramızda mübahisə oldu. Seymur mənə, mən də Seymura söyüş söydüm. Seymur sağ əlində olan bıçaqla 1 dəfə sağ tərəfdən qarnıma vurdu. Seymur sol əlini boynuma keçirdiyindən ayağım dolaşaraq yerə yıxıldım. Həmin vaxt arxadan bizə yaxınlaşan müalicə alan şəxslər Seymuru arxadan qucaqlayaraq aramıza girdilər. Seymurun məni təkrar bıçaqla vurmaq imkanı olsa da, vurmadı. Mən ayağa qalxaraq öz palatama getdim. Palatada olarkən gördüm ki, qarnımdan qan axır. Anlaqsız vəziyyətdə əməli törətmiş Seymurla barışmışam. Ona qarşı hər hansı şikayət və ya tələbim yoxdur".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Seymur Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən və cəzadan azad edilib.

Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq Seymurun barəsində ümumi tipli psixiatriya stasionar məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin təhlükəsizlik tədbiri qismində xüsusi tibb müəssisəsinə yerləşdirilməsi ilə əvəz olunması nəzərə alınıb. Qərar qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            177 15.10.24 11:55