Sumqayıtda bir neçə gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
"Report"un yerli bürosu məlumat verir ki, hadisə sentyabrın 30-da Səməd Vurğun küçəsində qeydə alınıb.
Yolu keçən piyada, 1978-ci il təvəllüdlü Məzahir Şamil oğlu Dünyamalıyevi avtomobil vurub.
Yaralı xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.