Mojo.az Banner
21:09 Zelenski Ukraynaya təzminat kreditini müzakirə etmək üçün Aİ sammitində iştirak edəcək  |     21:07 Ağstafada üç uşağını döydüyü iddia edilən ata saxlanılıb - YENİLƏNİB  |     21:00 Şuşada 30 milyon manata yaşayış binaları tikiləcək  |     20:53 "Avroviziya-2026"da tamaşaçılar üçün qaydalar dəyişdiriləcək  |     20:28 Gəncədə məktəbli qayçı ilə ehtiyatsız davrandı, dördüncü sinif şagirdi gözündən xəsarət aldı  |     20:22 Gürcüstan vətəndaşlarının xaricdə səs vermələri qadağan edildi  |     20:12 Putin cizgi filminin qəhrəmanı oldu  |     20:01 Eyni cinayəti dəfələrlə törətmiş şəxsə ağır cəza verildi  |     19:36 Naxçıvanda bir sıra qurumlar birləşdi  |     19:14 Azər Qasımlı Qurbanəli Yusifovu övladları ilə hədələyib? - Məhkəmə istintaqı yekunlaşır  |     18:52 Türkiyədən Azərbaycana nə qədər pul köçürülüb?  |     18:45 Azərbaycanda bir qrup şəxsə avtomobillər VERİLƏCƏK  |     18:38 Sabiq deputat Ramiz Mehdiyev barədə: "Siz kimə və nəyə güvənmisiniz?"  |     18:30 AQTA şadlıq sarayında yoxlama keçirdi: İstehlakçıların aldadıldığı müəyyən edildi  |     18:17 Tikinti maqnatının şirkəti cari ildə 41 milyonluq sifariş alıb  |     18:14 Məhkəmə Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi  |     18:00 Qubada Nizami parkının abadlıq işlərinin birinci mərhələsi üçün böyük məbləğ ayrıldı  |     17:42 Cari ildə ölkəyə gətirilən elektron siqaretlərin sayı açıqlandı  |     17:37 Bakıda marşrut avtobusu qadını vurub  |     17:25 İmişlidə pirotexniki vasitələr satanlar saxlanıldı  |    
Left Banner
Right Banner

Azərbaycanda sükan arxasında elektron siqaret çəkənlər cərimələnəcək? - AÇIQLAMA

01.10.2024 22:30 582
Azərbaycanda sükan arxasında elektron siqaret çəkənlər cərimələnəcək? - AÇIQLAMA
Hazırda Rusiyada avtomobili idarə edən zaman yalnız telefondan istifadə qadağan edilir. Rusiya Nəqliyyat Nazirliyi təklif edib ki, belə bir qadağa əllə istifadə edilən bütün cihazlara şamil olunsun. Konkret olaraq qadağanın elektron siqaret və “vape”lərdən (elektron siqaretin bir növüdür - red.) istifadəyə aid olması gözlənilir. Nazirlik bu kimi davranışlara görə, təxminən 5500 rubl (100 manat) cərimənin tətbiq edilməsini təklif edir.
 
Bəs bizdə də belə qanun tətbiq edilə bilərmi?
 
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, dünyanın bir çox ölkələrində yol təhlükəsizliyi ilə bağlı yanaşmalar dəyişir:
 
“Məsələn, Avropada, ümumiyyətlə, telefonu əldə saxlamaq özü belə məsuliyyət yaradır. Bizim qanunvericiliyə görə, telefonu istifadə etmək məsuliyyət yaradır, sadəcə əlində saxlamısansa, cərimə nəzərdə tutulmur. Buna görə də mübahisələr yananır. Polis sürücünü saxlayır, vətəndaş isə telefonla danışmadığını, sadəcə əlində tutduğunu iddia edir”.  
 
Ekspert qeyd edib ki, Azərbaycanda elektron və ya adi siqaretlərlə bağlı bir qanun yoxdur:
 
“Ən azından, elektron siqaret telefon kimi istifadə olunmur. Həm də digər siqaretə baxanda sükan arxasında heç bir təhlükəsi də yoxdur. Adi siqaretin külü qəflətən sürücünün gözünə düşə, diqqətini yayındıra bilər. Həmçinin sürücülər siqaretin kötüyünü küçəyə atıb yeri zibilləyirlər”. скачать dle 11.3