Mojo.az Banner
21:53 Gəncə sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  |     21:47 Kişilərdə ürək çatışmazlığı riskini 2,5 dəfə artıran səbəb açıqlandı  |     21:38 Sabiq icra başçısı oğlu ilə bağlı məhkəmədə ifadə verdi  |     21:32 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     21:25 Leyla Əliyeva Lənkəran rayonuna səfərindən görüntülər paylaşdı - Video  |     21:20 Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi qaydasında dəyişiklik edilib  |     21:17 "Barselona"nın futbolçusu iki həftə yaşıl meydanlardan kənarda qalacaq  |     21:14 Xəzəryanı ölkələr nərə balığının ovuna qoyulmuş qadağanı 2026-cı ilə qədər uzadıblar  |     21:11 Hindistandan Azərbaycana gətirilən bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb  |     21:11 Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək  |     21:03 Azərbaycan XİN Honq-Konqdakı yanğınla bağlı Çinə başsağlığı verib  |     20:58 Honq-Konqda baş verən yanğında ölənlərin sayı 75-ə çatıb  |     20:52 AQTA: Son on ayda 42 qida zəhərlənməsi hadisəsi olub  |     20:40 Paşinyan: 2026-cı il parlament seçkilərində Baş nazir postuna namizəd olmağa çalışıram  |     20:33 Zəngəzur Milli Parkında bəbir və iki balası görüntülənib - Video  |     20:28 Azərbaycan Suriyaya meşə fındığı satmağa başlayıb  |     20:21 Hakimləri təhqir edən futbolçular, məşqçilər və bir klub rəsmisi cəzalandırılıb  |     20:14 Bakıda və bölgələrdə arabir çiskin olacaq - PROQNOZ  |     20:09 Türkiyənin ticarət naziri Azərbaycana səfər edəcək  |     20:02 Naxçıvanda əl qumbarası və top mərmisi tapılıb - Video  |    
Left Banner
Right Banner

Leytenantın bəraəti ləğv olundu - Ağır cəza verildi

01.10.2024 15:49 840
Leytenantın bəraəti ləğv olundu - Ağır cəza verildi
"N" saylı hərbi hissənin tibb xidməti leytenantı Nəcəf Nəcəfli ilə bağlı qərar dəyişilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, leytenant işlədiyi hərbi hissədə hərbçilərdən tibb kitabçalarına saxta xəstəlik diaqnozları yazması üçün müxtəlif məbləğdə pullar alıb.

Hərbi Prokurorluğun araşdırması nəticəsində N.Nəcəflinin cinayətinin üstü açılıb. O, külli miqdarda rüşvət alma maddəsi ilə hakim qarşısına çıxarılıb. Birinci instansiya məhkəməsi şahidlərin müttəhimə pul vermədiklərini deməsini, müstəntiqə dediklərindən fərqli danışdıqlarını nəzərə alıb. Hökmə əsasən, sərbəst mühakimə edilən leytenanta bəraət verilib.

Hökmdən narazı qalan prokuror təqsirləndirilən şəxsin sanksiya həddində cəzalanması tələbi ilə apellyasiya şikayəti verib. Apellyasiya instansiyasında iş yenidən araşdırılıb, tərəflərin ifadələri təkrar tədqiq edilib.

Yekunda hakimlər belə qənaətə gəlib ki, istintaq vaxtı fərqli məhkəmədə, əzbərlənmiş şəkildə fərqli danışan şahidlərin ifadəsi inandırıcı deyil.

Bu əsasla bəraətverici hökm ləğv edilib. Qərara əsasən, Nəcəf Nəcəfli təkrar rüşvət almaqda təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. Leytenant məhkəmə zalında həbsə alınıb.скачать dle 11.3