"Çelsi"nin sabiq futbolçusu vəfat edib
İngiltərənin "Çelsi" klubunun keçmiş futbolçusu Marvin Hinton vəfat edib.
Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
O, 85 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Marvin Hinton 1963-1976-cı illərdə "Çelsi"nin şərəfini qoruyub.
