Qarabağ Universitetinə qəbul olunan İLK TƏLƏBƏ » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:21 Əsgər ziyarətindən qayıdan üç nəfərin ölümünə səbəb olan sürücüyə HÖKM OXUNDU  |     13:39 Milli Məclis TƏSDİQLƏDİ: Naxçıvan Muxtar Respublikasının Konstitusiyası DƏYİŞƏCƏK  |     13:12 Azərbaycan nefti bahalaşıb  |     13:04 Sərnişinlərin NƏZƏRİNƏ: Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki DƏYİŞİR  |     12:59 Azərbaycanlı tanınmış bəstəkarın Türkiyədə ölümünün TƏFƏRRÜATI  |     12:50 Hamilə qadınlara hansı tibbi xidmətlər PULSUZDUR?  |     12:23 Gəncədə gənclər arasında bıçaqlanma hadisələri artıb  |     12:20 İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı mini keçdi  |     12:13 Tanınmış biznesmenin oğlu Bakıda binadan yıxılaraq öldü - FOTO  |     12:11 Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranənin ölümü ilə bağlı ARAŞDIRMA APARILIR  |     12:08 Ölkəyə gizli yolla külli miqdarda kərə yağı və tük tökülməsi üçün vasitə gətirən şəxs yaxalandı  |     11:56 Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir  |     23:01 "Qarabağ" yoxlama oyununda uduzdu  |     22:52 Məhkəmə "Sputnik Azərbaycan"ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı  |     22:07 Azərbaycanın Avropa çempionu: "Dünya çempionatında da qızıl medal qazanmağa çalışacağam"  |     21:56 Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayılıb - FOTO  |     21:50 Abşeron Gənclər Şəhərciyində mənzildə PARTLAYIŞ: Yaralılar var  |     21:30 Bakıda nəqliyyatdan istifadə edənlərin NƏZƏRİNƏ - Bundan sonra...  |     21:03 DTX və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ - DETALLAR (FOTO)  |     21:00 Karyerasını bitirən İvan Rakitiç "Hayduk"da çalışacaq  |    

Qarabağ Universitetinə qəbul olunan İLK TƏLƏBƏ

Qarabağ Universitetinə qəbul olunan ilk tələbə məlum olub.

Bu barədə universitetin yaydığı məlumatda bildirilib.

Belə ki, "Təhsildə xüsusi nailiyyətləri ilə fərqləndiyi üçün qızıl döş nişanı"na layiq görülən Atilla Muradlı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müsabiqədənkanar qaydada, yüksək göstəriciləri ilə Qarabağ Universitetinə qəbul olan ilk tələbəsi olacaq.

Qeyd olunub ki, o qəbul imtahanlarında 519.2 ballıq nəticə göstərərək Qarabağ Universitetinin Elektrik və elektronika mühəndisliyi ixtisasında təhsil almaq istəyir.

Xatırladaq ki, o, Mingəçevir şəhər 20 saylı tam orta məktəbin məzunudur. A. Muradlı Lütfizadə adına Respublika məntiq olimpiadası, N.Nəbiyev adına Respublika fizika müsabiqəsi, Respublika Astronomiya olimpiadası, Fizika fənni üzrə Respublika fənn olimpiadaları qalibi və mükafatçısıdır.

Elm və təhsil nazirinin müvafiq əmri ilə "Təhsildə xüsusi nailiyyətləri ilə fərqləndiyi üçün qızıl döş nişanı"na layiq görülüb.

A.Muradlı 17-27 avqust 2024-cü il tarixində Braziliyada keçiriləcək Beynəlxalq Astronomiya və Astrofizika olimpiadasında ölkəmizi təmsil edəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 218 12.08.24 11:31