Körpələr arasında yayılan rotavirusla bağlı pediatrdan XƏBƏRDARLIQ: “Evdə müalicə risklidir” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:18 İstifadəçilər “Windows 11”ə daha tez keçdilər – SƏBƏB  |     21:45 Daşınmaz əmlaka dair sənədlərin həqiqiliyini yoxlamaq mümkündür - VİDEO  |     21:41 Turizm üçün ən yaxşı ölkə  |     21:35 Ləhic bağlarından OĞURLUQ  |     21:25 Bu ölkədə meymunlara görə referendum keçirilir  |     21:18 Firon İkinci Ramzesin qılıncı tapıldı  |     21:10 Kimlərə isti havada qəhvə içmək olmaz?  |     21:05 Sentyabrda ÜÇ BÜRC zənginləşmək şansı qazanacaq: Pul küləyi onların istiqamətində əsəcək  |     20:59 Pis qoxu və üfunət... - Abşeronda kanalizasiya problemi (VİDEO)  |     20:54 CNN: Rusiya dünyanın kommunikasiya infrastrukturuna qarşı təxribat hazırlayır  |     20:49 NASA zondu Günəş sisteminin kənarında gizli və gözlənilməz obyektlər tapdı  |     20:38 Sabah 34 dərəcə isti olacaq  |     20:30 Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş  |     20:24 Bakıda bəzi yollarda hərəkət istiqaməti dəyişdiriləcək  |     20:18 Bu idarəyə yeni rəis təyin olundu  |     20:12 Ermənistan Ani körpüsünün bərpası ilə bağlı Türkiyəyə öz yanaşmalarını təqdim edib  |     20:07 Paşinyan Fransanın yeni Baş nazirini Ermənistana dəvət edib  |     19:59 Tacikistanın dağlıq rayonunda 5 maqnitudalı zəlzələ olub  |     19:53 Masallıda ölümlə nəticələnən avtoqəza olub  |     19:48 Moskva vilayətində parkinqdə yanğın baş verib, iki nəfər ölüb  |    

Körpələr arasında yayılan rotavirusla bağlı pediatrdan XƏBƏRDARLIQ: “Evdə müalicə risklidir”

Son günlər uşaqlar arasında kütləvi şəkildə xəstəlik yayılıb. Bəziləri buna “yay qripi” deyir. Xəstəliyin əlamətləri həqiqətən də qripə bənzəyir. Amma bu “qrip”dən uşaqlar daha çox əziyyət çəkir. Bəzən ağırlaşma halları da müşahidə olunur.

Bəs bu xəstəliyin əsl adı və əlamətləri nədir?

Suala pediatr Vaqif Qarayev aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, bu heç də adi qrip deyil:

“Uşaqlar arasında yayılan rotavirusdur. Daha çox 5 yaşına qədər uşaqlarda müşahidə olunur. Virus uşaqlara çirklənmiş su və qida məhsullarından keçir. Əlamətlər belədir: Hərarət yüksəlir, davamlı qusma və ishal müşahidə olunur.

Orqanizm çoxlu maye itirərsə, xəstənin vəziyyəti ciddiləşir. Bu virusa qarşı özünümüalicə düzgün deyil. Mütləq həkimə müraciət edilməlidir. Xüsusən, maye qəbul edə bilməyən uşaqlar həkim nəzarətində olmalıdırlar”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            249 24.07.24 21:41