Erməni ifaçının mənimsədiyi "Qarabağ" mahnısı musiqi platformalarından silinib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:18 İstifadəçilər “Windows 11”ə daha tez keçdilər – SƏBƏB  |     21:45 Daşınmaz əmlaka dair sənədlərin həqiqiliyini yoxlamaq mümkündür - VİDEO  |     21:41 Turizm üçün ən yaxşı ölkə  |     21:35 Ləhic bağlarından OĞURLUQ  |     21:25 Bu ölkədə meymunlara görə referendum keçirilir  |     21:18 Firon İkinci Ramzesin qılıncı tapıldı  |     21:10 Kimlərə isti havada qəhvə içmək olmaz?  |     21:05 Sentyabrda ÜÇ BÜRC zənginləşmək şansı qazanacaq: Pul küləyi onların istiqamətində əsəcək  |     20:59 Pis qoxu və üfunət... - Abşeronda kanalizasiya problemi (VİDEO)  |     20:54 CNN: Rusiya dünyanın kommunikasiya infrastrukturuna qarşı təxribat hazırlayır  |     20:49 NASA zondu Günəş sisteminin kənarında gizli və gözlənilməz obyektlər tapdı  |     20:38 Sabah 34 dərəcə isti olacaq  |     20:30 Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş  |     20:24 Bakıda bəzi yollarda hərəkət istiqaməti dəyişdiriləcək  |     20:18 Bu idarəyə yeni rəis təyin olundu  |     20:12 Ermənistan Ani körpüsünün bərpası ilə bağlı Türkiyəyə öz yanaşmalarını təqdim edib  |     20:07 Paşinyan Fransanın yeni Baş nazirini Ermənistana dəvət edib  |     19:59 Tacikistanın dağlıq rayonunda 5 maqnitudalı zəlzələ olub  |     19:53 Masallıda ölümlə nəticələnən avtoqəza olub  |     19:48 Moskva vilayətində parkinqdə yanğın baş verib, iki nəfər ölüb  |    

Erməni ifaçının mənimsədiyi "Qarabağ" mahnısı musiqi platformalarından silinib

Erməni ifaçı Gor Yepremyanın azərbaycanlı bəstəkar Bəhram Nəsibova məxsus "Qarabağ" mahnısının musiqisi əsasında çəkdiyi klip musiqi platformalarından silinib.

Bu barədə Əqli Mülkiyyət Agentliyin məlumat yayıb.

Bildirilib ki, agentliyin dəstəyi ilə bəstəkar Bəhram Nəsibovun vərəsəsi Adil Nəsibovun adından agentlikdə akkreditasiyadan keçmiş "Rəqəmli və Audiovizual Yayım Sənayesi" İctimai Birliyinin (RAYS) - https://rays.az/ texniki yardımı ilə "YouTube" administrasiyasına edilmiş müraciət əsasında B.Nəsibovun müəllif hüquqlarının pozulması səbəbindən Gor Yepremyanın ifa etdiyi "Sirun jan" adlı mahnı "YouTube" tərəfindən "YouTube" platformasından və "CD BABY" distribütor şirkəti tərəfindən isə "YouTube Music", "Spotify", "Apple Music", "Amazon Music", "Deezer" və digər rəqəmsal musiqi platformalarından silinib.

"Qeyd olunanlarla yanaşı bildiririk ki, Harout Pamboukjianın ifa etdiyi "Aghji jan" mahnısının musiqisi də Azərbaycan bəstəkarı B.Nəsibova məxsus olan "Qarabağ" ("Anadır arzulara hər zaman Qarabağ") adlı mahnının musiqisi ilə üst-üstə düşdüyü üçün həmin mahnı "YouTube" tərəfindən eyniadlı platformadan silinib. Bununla da "Qarabağ" adlı mahnının sözlərinin və musiqisinin Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olması və erməni ifaçı Gor Yepremyan tərəfindən B.Nəsibovun müəllif hüquqlarının pozulması "YouTube" rəhbərliyi və "YouTube Music", "Spotify", "Apple Music", "Amazon Music", "Deezer" və digər rəqəmsal musiqi platformaları tərəfindən öz təsdiqini tapmış və bəstəkarın pozulmuş hüquqları bərpa edilib", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan "Qarabağ" adlı mahnının sözləri Gor Yepremyan tərəfindən dəyişdirilmiş və onun ifasında "Sirun jan" adı altında "Armenian Folk", yəni "erməni xalq mahnısı" qeydi ilə "YouTube" platformasında yerləşdirilmişdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            195 24.07.24 17:49