Sumqayıtda mənzildən 50 yaşlı kişinin meyiti tapılıb.
APA xəbər verir ki, hadisə şəhərin 34-cü məhəlləsində qeydə alınıb.
1974-cü il təvəllüdlü Tacəddin Firuddin oğlu Hüseynovun meyiti yaşadığı evdə asılı vəziyyətdə aşkarlanıb.
Meyit aidiyyəti üzrə təhvil verilib, faktla bağlı araşdırma aparılır.