Körpələr hansı səbəblərə görə ölü doğulurlar? - DƏHŞƏTLİ RƏQƏMLƏR » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:18 İstifadəçilər “Windows 11”ə daha tez keçdilər – SƏBƏB  |     21:45 Daşınmaz əmlaka dair sənədlərin həqiqiliyini yoxlamaq mümkündür - VİDEO  |     21:41 Turizm üçün ən yaxşı ölkə  |     21:35 Ləhic bağlarından OĞURLUQ  |     21:25 Bu ölkədə meymunlara görə referendum keçirilir  |     21:18 Firon İkinci Ramzesin qılıncı tapıldı  |     21:10 Kimlərə isti havada qəhvə içmək olmaz?  |     21:05 Sentyabrda ÜÇ BÜRC zənginləşmək şansı qazanacaq: Pul küləyi onların istiqamətində əsəcək  |     20:59 Pis qoxu və üfunət... - Abşeronda kanalizasiya problemi (VİDEO)  |     20:54 CNN: Rusiya dünyanın kommunikasiya infrastrukturuna qarşı təxribat hazırlayır  |     20:49 NASA zondu Günəş sisteminin kənarında gizli və gözlənilməz obyektlər tapdı  |     20:38 Sabah 34 dərəcə isti olacaq  |     20:30 Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş  |     20:24 Bakıda bəzi yollarda hərəkət istiqaməti dəyişdiriləcək  |     20:18 Bu idarəyə yeni rəis təyin olundu  |     20:12 Ermənistan Ani körpüsünün bərpası ilə bağlı Türkiyəyə öz yanaşmalarını təqdim edib  |     20:07 Paşinyan Fransanın yeni Baş nazirini Ermənistana dəvət edib  |     19:59 Tacikistanın dağlıq rayonunda 5 maqnitudalı zəlzələ olub  |     19:53 Masallıda ölümlə nəticələnən avtoqəza olub  |     19:48 Moskva vilayətində parkinqdə yanğın baş verib, iki nəfər ölüb  |    

Körpələr hansı səbəblərə görə ölü doğulurlar? - DƏHŞƏTLİ RƏQƏMLƏR

2023-cü ildə 531 uşaq ölü doğulub.

Bu barədə Dövlət Statistika Komitəsindən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edək ki, 2022-ci ildə 597, 2021-ci ildə 556, 2020-ci ildə isə 519 uşaq ölü doğulub.

Maraqlıdır, körpələr hansı səbəblərə görə ölü doğulurlar? Hamiləlikdə qadınlar nəyə diqqət etməlidirlər?

Həkim Adil Qeybulla bildirib ki, doğuş zamanı uşaq və ana ölümlərinin səbəbi hamiləliyin patoloji getməsidir:

"Anada yanaşı xəstəliklərin olması və ya hamiləliyin gedişində ağırlaşmalar həm ananın, həm də uşağın həyatı üçün təhlükə yaradır. Bundan başqa, patoloji keçən hamiləlik, dölyanı suyun bulanması və digər problemlər uşaqların ölü doğulmasına gətirib çıxarır. Ən yaxşısı odur ki, qadınlar hamilə qalmazdan əvvəl yoxlansınlar. Hamilələr isə ən azı müəyyən bir yoxlanış üzrə müayinə olunmalı, ginekoloji və ya "qanında infeksiyalar varmı" deyə yoxlanmalıdır".

A.Qeybulla qeyd edib ki, eyni zamanda anada böyrək çatışmazlığı kreatinin artıqlığı, qaraciyərində başqa problemlərin olub-olmaması yoxlanmalıdır:

"Tənəffüs infeksiyaları, qrip kimi xəstəliklər də uşağın ölü doğulmasına gətirib çıxaran amillərdəndir. Təəssüf ki, bizdə vəziyyət belə deyil. Qadınların çoxu ya doğuş vaxtı, ya da hansısa xəstəliyinin ağırlaşması vəziyyətində həkimə müraciət edirlər. Bundan başqa, uşağın gipoksiyadan (orqanizmdə oksigen çatışmazlığı) və ya əməliyyat zamanı ölməsi halları da var".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            393 17.07.24 22:30