Mojo.az Banner
18:52 "Barselona"dan Flik qərarı  |     18:45 Polis 2 gündə 25 kiloqram narkotik aşkarladı  |     18:43 Gəncədə 16 yaşlı oğlanın meyiti tapıldı - FOTO  |     18:29 Türkiyədə hantavirus təhlükəsi - 3 nəfər karantinə alındı  |     18:17 Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq  |     17:51 Gəncədə 41 yaşlı qadın körpüdən yıxıldı  |     17:32 Sosial şəbəkədə canlı yayım açıb söyüş söyən ÜÇ GƏNC HƏBS EDİLDİ  |     17:23 Gümüşün qiyməti artır  |     16:48 Polis avtomat və tüfənglər aşkarladı  |     16:44 Gürcüstanın yeni patriarxı seçildi  |     16:20 Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı - FOTO  |     15:59 İntensiv yağış, dolu və sel XƏBƏRDARLIĞI  |     15:52 Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı? - Video  |     15:43 Azərbaycan neftini daşıyan tanker Hörmüz boğazından keçdi  |     15:42 Fransada hantavirusa ilk yoluxma təsdiqləndi  |     14:05 Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - Video  |     14:04 Ayrıldıqları şirkətdən yeddi min manatlıq oğurluq etdilər  |     14:03 Ələtdə BƏDBƏXT HADİSƏ: Qadın 4-cü mərtəbədən yıxılıb ÖLDÜ  |     14:03 "MV Hondius" gəmisindən təxliyə edilən ABŞ vətəndaşında hantavirus təsdiqləndi  |     14:01 Azərbaycanda tanınmış fotoqraf VƏFAT ETDİ - FOTO  |    
Left Banner
Right Banner

Azərbaycanda qan qohumlarının nikaha daxil olması qadağan edilir

11.06.2024 14:20 1 353
Azərbaycanda qan qohumlarının nikaha daxil olması qadağan edilir
Azərbaycanda qan qohumlarının nikaha daxil olması qadağan edilir.

Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır. Belə ki, məcəlləyə aşağıdakı hallar əlavə edilir.

- qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;

- bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;

Layihədə aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər də irəli sürülüb. Belə ki, bu problemdən əziyyət çəkən dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.

Qeyd edək ki, hazırki qanunvericiliyə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:

- yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);

- övladlığa götürənlər və övladlığa götürülənlər;

- ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;

- bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;

- ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
 
///reportскачать dle 11.3
Mojo.az Banner