Əlilliyi olan şəxslərə pulsuz verilən dərman preparatlarının sayı artırıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:18 İstifadəçilər “Windows 11”ə daha tez keçdilər – SƏBƏB  |     21:45 Daşınmaz əmlaka dair sənədlərin həqiqiliyini yoxlamaq mümkündür - VİDEO  |     21:41 Turizm üçün ən yaxşı ölkə  |     21:35 Ləhic bağlarından OĞURLUQ  |     21:25 Bu ölkədə meymunlara görə referendum keçirilir  |     21:18 Firon İkinci Ramzesin qılıncı tapıldı  |     21:10 Kimlərə isti havada qəhvə içmək olmaz?  |     21:05 Sentyabrda ÜÇ BÜRC zənginləşmək şansı qazanacaq: Pul küləyi onların istiqamətində əsəcək  |     20:59 Pis qoxu və üfunət... - Abşeronda kanalizasiya problemi (VİDEO)  |     20:54 CNN: Rusiya dünyanın kommunikasiya infrastrukturuna qarşı təxribat hazırlayır  |     20:49 NASA zondu Günəş sisteminin kənarında gizli və gözlənilməz obyektlər tapdı  |     20:38 Sabah 34 dərəcə isti olacaq  |     20:30 Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş  |     20:24 Bakıda bəzi yollarda hərəkət istiqaməti dəyişdiriləcək  |     20:18 Bu idarəyə yeni rəis təyin olundu  |     20:12 Ermənistan Ani körpüsünün bərpası ilə bağlı Türkiyəyə öz yanaşmalarını təqdim edib  |     20:07 Paşinyan Fransanın yeni Baş nazirini Ermənistana dəvət edib  |     19:59 Tacikistanın dağlıq rayonunda 5 maqnitudalı zəlzələ olub  |     19:53 Masallıda ölümlə nəticələnən avtoqəza olub  |     19:48 Moskva vilayətində parkinqdə yanğın baş verib, iki nəfər ölüb  |    

Əlilliyi olan şəxslərə pulsuz verilən dərman preparatlarının sayı artırıldı

Nazirlər Kabineti "Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası"nda dəyişiklik edib.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, "Əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatlarının siyahısı"na "Loratadin" (tablet), "Ürək damar sistemi üçün dərman vasitələri" sırasına "Amlodipin+İndapamid+Perindopril" (tablet), "Ramipril" (tablet) daxil edilib.

Eyni zamanda "Beyin və periferik qan dövranını yaxşılaşdıran dərman vasitələri" sırasına "Betahistin dihidroxlorid" (tablet), "Neostiqmin metilsulfat" (inyeksiya üçün məhlul), "Həzm sisteminə təsir edən dərman vasitələri" siyahısına "Bisakodil" (tablet), "Tənəffüs sisteminə təsir edən dərman vasitələri" siyahısına "Montelukast" (tablet), "Dornase alfa" (inhalyasiya üçün məhlul), "Hipertonik" (natrium xlorid məhlulu + natrium hialuronat inhalyasiya üçün məhlul), "Vitamin və minerallar" siyahısına "Maqnezium + Piridoksin HCl" (tablet), "Antimikrob dərman vasitələri" siyahısına "Metronidazol", "Ofloksasin", "Siprofloksasin" və "Ko-trimoksazol" tabletləri və "Tobramicin" (inhalyasiya üçün məhlul), "Epilepsiya əleyhinə dərman vasitələri" siyahısına "Preqabalin" (kapsul) daxil edilib.

Nazirlər Kabinetindən bildirilib ki, qərara əsasən, əlilliyi olan şəxslərə pulsuz verilən dərman preparatlarının sayı artırılıb, 20 adda dərman siyahıya yeni əlavə olunub. Əlilliyi olan şəxslər pulsuz dərman vasitələri ilə Səhiyyə Nazirliyi və TƏBİB-in birgə müəyyən etdikləri tibb müəssisələrində təşkil edilmiş aptek məntəqələri vasitəsilə təmin olunurlar. Dərman preparatlarının dəyəri tibb müəssisələri tərəfindən bu məqsədlə İcbari Tibbi Sığorta Fondunda (İTS) nəzərdə tutulmuş vəsait hesabına ödənilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            291 25.05.24 15:04