Azərbaycanda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Netanyahu: İsrail HƏMAS-ın məhvinə qədər Qəzzanı tərk etməyəcək  |     22:48 Keçmiş polis əməkdaşını baltalayaraq qətlə yetirdilər - DETALLAR  |     22:32 Moskvada qasırğa səbəbindən 18 nəfər xəstəxanaya yerləşdirilib  |     22:26 Əhaliyə hava xəbərdarlığı - Bu tarixdə…  |     22:17 DTA: ”Tavuşun Tovuz kimi getməsi Booking.com-un texniki səhvidir”  |     22:09 Pensiya bu qədər artacaq - Məbləğ açıqlandı  |     22:02 Dünyada qaçqınların sayı rekord qırır  |     21:54 Alsudan bakılı ərindən boşanmasına ilk reaksiya  |     21:46 Müdafiə ehtiyacları ilə bağlı satınalma üçün komissiya yaradılacaq  |     21:39 Beyləqanda ağır yol qəzası olub, ölənlər və yaralananlar var  |     21:33 ÜST nümayəndəsi: COP29 qlobal qərarların qəbulu baxımından mühüm hadisədir  |     21:27 Türkiyə vətəndaşları Kəlbəcərdə yol qəzasına düşüb  |     21:19 Bayram günlərində milli parkları 12 min 348 turist ziyarət edib  |     21:11 Qobustanda arvadını iplə boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Azərbaycanda bəzi bölgələrdə yanğın təhlükəsi yüksəlib  |     20:57 Baş prokuror Qazaxda vətəndaşları qəbul edəcək  |     20:49 Azərbaycanda qida məhsullarının adambaşına istehlak göstəriciləri açıqlanıb  |     20:41 Xarici ekspert: "Azərbaycanda temperatur daha sürətlə yüksələcək"  |     20:37 Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ  |     20:28 Qazaxıstan Senatı Orta Dəhlizin inkişafına dair sazişləri təsdiqləyib  |    

Azərbaycanda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşlara qarşı dələduzluq edən, əvvəllər də dəfələrlə məhkum olunmuş Mingəçevir şəhər sakini Elşən Ağayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, o, təqaüd alan şəxslərə Bakı şəhərindən 50 manat maddi yardım gətirdiyini deyərək zərərçəkmişlərə üzərində “etibarsızdır” yazılmış 100 manatlıq kağızlar təqdim edib. Pulun qalan hissəsini isə vətəndaşlardan alaraq onların maddi vəsaitini ələ keçirib.

Araşdırmalarla E.Ağayevin respublikanın digər şəhər və rayonlarında da vətəndaşları analoji üsullarla aldatdığı müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir. E.Ağayevin əməllərindən zərər görən başqa şəxslər varsa, polisə müraciət edə bilərlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            195 16.05.24 16:26