Bakıya yağış, rayonlara isə qar yağacaq - PROQNOZ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 ABŞ Bakı və İrəvanın sərhədlərin delimitasiyası qaydalarının rəsmiləşdirilməsini alqışlayır  |     22:47 Xırdalanda yaşayış binasındakı yanğının təfərrüatları açıqlanıb  |     22:32 La Liqanın təxirə salınan oyunları  |     22:08 İspaniyada təbii fəlakət: ölənlərin sayı 140-a çatdı  |     21:54 Azərbaycan XİN-dən Fransanın Ermənistandakı səfirinə cavab  |     21:38 Dağıstanın keçmiş naziri terrorçu və ekstremistlərin siyahısına salındı  |     21:34 Mehriban Əliyeva Azərbaycan Dövlət Pantomim Teatrında olub - FOTO  |     21:24 Xırdalanda yaşayış binasında güclü yanğın söndürüldü  |     21:04 Goranboyda iki nəfər dəm qazından boğularaq ÖLDÜ  |     20:46 Xırdalanda yaşayış binasında güclü YANĞIN BAŞLAYIB - VİDEO  |     20:40 Broyler yumurtaları ZƏRƏRLİDİR? -XƏBƏRDARLIQ  |     19:56 TikTok-un yaradıcısı 2024-cü ildə Çinin ən varlı adamı oldu  |     19:36 "Kartdan karta" üsulu ilə işləyən daha 70 sahibkara maliyyə sanksiyaları tətbiq edildi  |     19:08 IMF 2025-ci ildə Azərbaycanda nominal ÜDM-in 77 milyard dollara qədər artacağını proqnozlaşdırır  |     18:40 Sabah qatarların “Bakmil” stansiyasına hərəkət cədvəli dəyişdiriləcək  |     18:18 Dünyada təxminən 500 milyon uşaq münaqişə zonasında yaşayır  |     17:27 Yağ alarkən nələrə diqqət etməliyik? - Ən yaxşı və pis yağlar  |     17:08 Bakıda çoxmərtəbəli yaşayış binası yanır - VİDEO  |     17:04 Azərbaycana ekstradisiya olunan şəxslərdən biri tanınmış biznesmendir  |     17:02 Evdən 400 ədəd ətçəkən oğurlandı - Qonşular saxlanıldılar  |    

Bakıya yağış, rayonlara isə qar yağacaq - PROQNOZ

Ölkə ərazisində mayın 17-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.

Havanın temperaturu gecə 11-13 dərəcə isti, gündüz 14-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə və gündüz 70-80% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-14 dərəcə isti, gündüz 17-22 dərəcə isti, dağlarda gecə bir dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            333 16.05.24 14:04