Polisdən ƏMƏLİYYAT: Narkoanbar kimi istifadə olunan ev aşkarlandı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:31 Banqladeşdə anomal istilər nəticəsində azı 10 nəfər ölüb  |     19:25 Əfqanıstanda məscidə hücum olub, 6 nəfər ölüb  |     19:17 Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanılıb - VİDEO  |     19:10 Doha Bəyannaməsində Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə dəstək verilib  |     19:02 Misir atəşkəs müqabilində HƏMAS-a 33 girovu azad etməyi təklif edib  |     18:49 Yaponiya tarixinin ən dağıdıcı SUNAMİLƏRİ  |     18:40 Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI  |     18:22 Məhkəmə Anar Məmmədli barədə qərar verib  |     17:51 FHN-dən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT  |     17:28 Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı  |     17:11 KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana bir milyon avroluq yardımı Azərbaycana görə bloklayır  |     16:38 Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA  |     16:11 Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO  |     16:06 Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI  |     15:57 Karqo şirkətlərindən narazı olanların NƏZƏRİNƏ  |     14:36 Mayın ilk gününün havası açıqlandı  |     14:14 AFFA iki kluba texniki məğlubiyyət verdi  |     14:05 Nazir onu DYP rəisi TƏYİN ETDİ  |     13:54 Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib: Saxlanılanlar var  |     13:43 “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib  |    

Polisdən ƏMƏLİYYAT: Narkoanbar kimi istifadə olunan ev aşkarlandı - FOTO

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat keçirib.

DİN-dən bildirilib ki, tədbir zamanı paytaxt sakini Rəşad Adıgözəlov və tanışı Ağakərim İsmayılov Abşeron rayonu ərazisində saxlanılıblar.

Onlardan və Masazır qəsəbəsində narkoanbar kimi istifadə etdikləri evdən 24 kiloqram, o cümlədən 20 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 2 kiloqram heroin və 2 kiloqram psixotrop maddə metamfetamin aşkar edilib.

"R.Adıgözəlov və A.İsmayılov narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı “Babək” adlı şəxsin tapşırığı ilə Binəqədi rayonu Xocahəsən qəsəbəsi ərazisində gizlədilən ünvandan əldə etdiklərini bildiriblər. Saxlanılan şəxslər narkotikləri pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə məlumat verməli imişlər", - məlumatda qeyd olunub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            207 16.04.24 15:50