FHN Xəzər rayonunda qanunsuz tikililəri söküb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:18 İstifadəçilər “Windows 11”ə daha tez keçdilər – SƏBƏB  |     21:45 Daşınmaz əmlaka dair sənədlərin həqiqiliyini yoxlamaq mümkündür - VİDEO  |     21:41 Turizm üçün ən yaxşı ölkə  |     21:35 Ləhic bağlarından OĞURLUQ  |     21:25 Bu ölkədə meymunlara görə referendum keçirilir  |     21:18 Firon İkinci Ramzesin qılıncı tapıldı  |     21:10 Kimlərə isti havada qəhvə içmək olmaz?  |     21:05 Sentyabrda ÜÇ BÜRC zənginləşmək şansı qazanacaq: Pul küləyi onların istiqamətində əsəcək  |     20:59 Pis qoxu və üfunət... - Abşeronda kanalizasiya problemi (VİDEO)  |     20:54 CNN: Rusiya dünyanın kommunikasiya infrastrukturuna qarşı təxribat hazırlayır  |     20:49 NASA zondu Günəş sisteminin kənarında gizli və gözlənilməz obyektlər tapdı  |     20:38 Sabah 34 dərəcə isti olacaq  |     20:30 Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş  |     20:24 Bakıda bəzi yollarda hərəkət istiqaməti dəyişdiriləcək  |     20:18 Bu idarəyə yeni rəis təyin olundu  |     20:12 Ermənistan Ani körpüsünün bərpası ilə bağlı Türkiyəyə öz yanaşmalarını təqdim edib  |     20:07 Paşinyan Fransanın yeni Baş nazirini Ermənistana dəvət edib  |     19:59 Tacikistanın dağlıq rayonunda 5 maqnitudalı zəlzələ olub  |     19:53 Masallıda ölümlə nəticələnən avtoqəza olub  |     19:48 Moskva vilayətində parkinqdə yanğın baş verib, iki nəfər ölüb  |    

FHN Xəzər rayonunda qanunsuz tikililəri söküb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakı şəhərinin Xəzər rayonu ərazisində qanunsuz tikililəri söküb.

“Report” xəbər verir ki, söküntü işləri rayonun Zirə və Şüvəlan qəsəbələrində tikintiyə icazə sənədləri olmayan kənd təssərrüfatı, eləcə də yaşayış təyinatlı tikililərdə aparılıb.

Məlumata görə, qanunsuz zəbt edilən ərazilərdə bir neçə dəfə söküntü işləri aparılsa da, yenidən tikinti işləri həyata keçirilib.

FHN-in Tikintidə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin İnzibati Xətalar, Tikintiyə Nəzarət sektorunun müdiri Kərim Ağayev bildirib ki, tikintidə dövlət nəzarəti dayandırma və söküntü qaydaları birbaşa FHN-in səlahiyyətindədir. Prezidentin fərmanına əsasən, qanunsuz tikintiyə qarşı mübarizə istiqamətində Şəhərsalma və Arxitektura Komitəsi, icra hakimiyyətləri və polis qanunsuz tikililərə qarşı reydlər keçirir.

“Hazırda Xəzər rayonunun Zirə qəsəbəsində qanunsuz tikilinin sökülməsi ilə bağlı verilən qərarın icrasını həyata keçiririk. Avqust ayında tikilinin sökülməsinə qərar verilib. Bir neçə dəfə sökülsə də, sahibkar yenidən tikinti işlərini aparmağa cəhd edib. Torpaq kənd təssərrüfatı təyinatlıdır. Tikintiyə icazə sənədi yoxdur. Təxminən 6-7 hektarlıq ərazidə qanunsuz tikinti işləri aparılıb. Söküntü işləri davam etdiriləcək”, - deyə o bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            294 03.04.24 14:06