Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA

Azərbaycanda taksi fəaliyyətində istifadə olunan avtomobillərin qırmızı və ya ağ olması ilə bağlı tələb müəyyən olunub.

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov Ölkə.Az-a açıqlamasında bildirib ki, tələb bütün taksi fəaliyyətinə aiddir:

“Bu, taksi operator şirkətləri və fərdi qaydada çalışan vətəndaşlara şamil edilir. Əgər taksi fəaliyyəti ilə məşğul olurlarsa, avtomobilləri ağ və ya qırmızı rəngdə olmalıdır”.

Ekspert deyir ki, minlərlə vətəndaşımızın fərqli rənglərdə avtomobilləri var və taksi fəaliyyəti ilə məşğul olurlar:

“Onlar da bununla bağlı narahat olmasınlar. Bu ilin mart ayından iyulun 1-nə qədər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) müvafiq portalına daxil olaraq elektron icazə alsınlar və fəaliyyətlərini davam etdirsinlər. Bu qaydalar iyulun 1-dən qüvvəyə minəcək. Əgər hansısa vətəndaşın taksidə istismar etdiyi avtomobilin rəngi qaradırsa, iyulun 1-ə qədər qeydiyyatdan keçərək bu avtomobil ilə taksi fəaliyyəti ilə məşğul ola biləcək. Sadəcə avtomobilin yaşı 15 ildən çox olmamalıdır”.

“İyulun 1-dən isə qeydiyyatdan keçənlərin avtomobilləri mütləq qırmızı və ya ağ olmalı, yaşı isə 8 ildən çox olmamalıdır”, - deyə E.Cəfərli əlavə edib.

Qeyd edək ki, keçid müddəalarına əsasən, rəng tələbi 2024-cü il iyulun 1-dən ölkə ərazisinə idxal edilən və ya ölkə ərazisində istehsal edilən avtonəqliyyat vasitələrinə şamil ediləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            942 29.03.24 16:21