Narkoman sürücü Bakıda insanların həyatını təhlükəyə atdı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 İki günlük körpənin xəstəxanada naməlum ölümü  |     22:51 Parisdə mitinq iştirakçıları Makronun istefasını tələb ediblər  |     22:29 Zaqatalada yol qəzası zamanı xəsarət alan beş nəfərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB  |     22:17 Parisdə keçirilən aksiyada Avropa İttifaqının bayrağı cırılıb  |     21:51 Tramp Zukerberqi “sui-qəsddə” günahlandırıb və onu həbsxanaya göndərməklə hədələyib  |     21:47 Durovun saxlanılması hücumun bir hissəsidir - Filippot  |     21:17 İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək  |     21:10 Alimlər Yerin yaxınlığında üçüncü qlobal sahə tapdı  |     21:02 Qazaxıstanda dörd nəfər şaxtada zəhərlənərək ölüb  |     20:52 Sentyabrın 3-də bu ərazilərdə su olmayacaq  |     20:44 700 bal toplayan, yoxsa olimpiya çempionu? - Elə cavab verdi ki...  |     20:34 Qış parkında yay günü eskalatorları niyə "don vurdu"?  |     20:26 Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb  |     20:18 Lənkəranda qonşular arasında dava düşüb, 5 nəfər xəsarət alıb  |     20:06 İmişlidə müəllim intihar edib  |     19:46 XİN rəsmisi: Azərbaycanın İtaliyadan silah aldığı barədə iddia həqiqəti əks etdirmir  |     19:33 Ayxan Hacızadə: Azərbaycanla Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi qəbuledilməzdir  |     19:23 Bakıda 18 yaşlı qız binadan yıxılıb öldü  |     19:10 UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının SİYAHISI - FOTO  |     18:29 Bakıda 17 yaşlı qız itkin düşdü  |    

Narkoman sürücü Bakıda insanların həyatını təhlükəyə atdı - VİDEO

Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün VAZ-2106 markalı, 90-TK-116 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.

Görülən tədbirlərlə yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Rəşad Fuad oğlu Əsgərov saxlanılıb.

Sənədləri yoxlanılan zaman R.Əsgərovun sürücülük hüququnun olmadığı və idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının başqa avtomobilə məxsus olduğu aşkarlanıb, eləcə də sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı R.Əsgərovun narkotik vasitə qəbul etməsi də aşkarlanıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Əsgərov 20 sutka inzibati qaydada həbs edilib.скачать dle 11.3







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 728 02.03.24 14:50