Mojo.az Banner
22:59 Paytaxtdakı bu nişan sürücülərin cərimələnməsinə səbəb olur — VİDEO  |     22:52 Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?  |     22:46 Dövlətə xəyanət: 4 nəfər barəsində qərar verildi  |     22:40 Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - (Video)  |     22:31 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA  |     22:26 Gecə cəmi 11 dəqiqə artıq yatmaq ürək sağlamlığı üçün nə qədər əhəmiyyətlidir?  |     22:20 Nömrə 1000 dollara, maşın pulsuz satılır  |     22:14 Dövlət qurumunda 1700 işçi çıxıb  |     22:06 Bacısının evində qonaq qaldı, 1050 manatlıq oğurluq etdi  |     22:00 Peşə təhsili müəssisələrinə tələbə qəbulu: II mərhələnin nəticələri AÇIQLANDI  |     21:53 İşdən çıxarılan sabiq direktor məktəbin sanitar qovşağını sökdürdü - VİDEO  |     21:47 Nəticələr açıqlandı: 1467 namizəd müəllim adını qazandı  |     21:40 Bakıda bəzi yollar bağlanacaq  |     21:33 Bu 3 bürcə möcüzə gəlir  |     21:27 Bakıda bu poliklinikalar TƏMİR OLUNACAQ  |     21:17 Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar  |     21:14 Bu avtomobillər 600 manatdan satışa çıxarılır  |     21:09 Biləcəri enişində yolun bağlanması prosesi gecikib - SƏBƏB  |     20:51 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub  |     20:51 İsveçrəyə səfir təyin olunan Vaqif Sadıqov kimdir? - DOSYE  |    
Left Banner
Right Banner

Ağdam, Laçın, Cəbrayıl və Füzulidə qəbiristanlıqların minalı olması ilə bağlı dəqiq məlumatlar var - HESABAT

27.02.2024 15:50 3 525
Ağdam, Laçın, Cəbrayıl və Füzulidə qəbiristanlıqların minalı olması ilə bağlı dəqiq məlumatlar var - HESABAT
Ağdam rayonunun Yusifcanlı və Qarağacı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Qaracallı, Laçın rayonunun Suarası və Füzuli rayonunun Qorqan və Qarakollu kəndlərində yerləşən qəbiristanlıqların minalı olması ilə bağlı dəqiq məlumatlar var.

“Report”un xəbərinə görə, bununla bağlı məlumat “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi tərəfindən hazırlanan “Azərbaycanda minalar və partlamamış hərbi sursatlar probleminin həllinə yönəlmiş tədqiqata əsaslanan hesabat”da əksini tapıb.

Hesabata əsasən, təşkilatın monitorinqləri zamanı müəyyən edilib ki, Yusifcanlı və Suarası məzarlıqlarında baş vermiş mina partlayışları nəticəsində üç nəfər həlak olub, dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Laçın rayonunun Zabux, Sus kəndlərinin yaşayış məntəqələrində həyətyanı evlərdə quraşdırılmış improvizə olunmuş partlayıcı qurğuların işə düşməsi nəticəsində bir nəfər xəsarət alıb.

Bundan başqa, hesabatda qeyd olunub ki, Füzuli rayonunun Qarğabazar kəndi ərazisində Şah Abbas karvansarayı, Merdinli kəndində Pirlər türbəsi, Qorqan kəndi ərazisində İbə piri (ziyarətgah), Ağdam rayonunda Cümə məscidi, Tərtər rayonundakı alban kilsələrinin ətrafında müxtəlif sayda partlayıcı sursatlar aşkar edilərək zərərsizləşdirilib.скачать dle 11.3
Mojo.az Banner