Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar

04.09.2026 21:17 396
Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar
Əmək müqaviləsi ilə çalışan şəxslərin illik əmək məzuniyyətinin müddəti onların tutduğu vəzifə, əmək şəraiti və iş stajından asılı olaraq dəyişir.

Qaynarinfo xəbər verir ki, Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

Bəzi kateqoriyalara aid işçilər üçün isə əsas məzuniyyətin müddəti 30 təqvim günü müəyyən edilib.

30 günlük ödənişli əsas məzuniyyət kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə, inzibati vəzifələrdə çalışan dövlət qulluqçularına, rəhbər və mütəxəssis kateqoriyasına aid işçilərə şamil edilir.

Həmçinin təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərməyən rəhbər və inzibati-tədris heyəti, məktəbdənkənar uşaq müəssisələrinin rəhbərləri, təhsil müəssisələrinin metodistləri, baş ustaları, istehsalat təlimi ustaları, təlimatçılar, kitabxanaçılar, laborantlar, emalatxana rəhbərləri, dayələr, dəyişək xidmətçiləri və bədii rəhbərlərə də 30 təqvim günü məzuniyyət verilir.

Bundan başqa, elmi dərəcəsi olmayan elmi işçilər, həkimlər, orta tibb işçiləri və əczaçıların əsas məzuniyyət müddəti də 30 təqvim günüdür.

Natamam iş vaxtında çalışan şəxslərin məzuniyyət müddəti isə tam iş vaxtında çalışan işçilərlə eyni qaydada, onların vəzifəsinə uyğun müəyyən edilir.

Mövsümi işlərdə çalışanlara əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə ən azı 2 təqvim günü hesabı ilə verilir.

Qanunvericilikdə məzuniyyətə düşən bayram günləri ilə bağlı da xüsusi qayda müəyyən olunub. Belə ki, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab edilməyən bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günləri hesab edilmir və ödənilmir. Bu günlərin sayı qədər məzuniyyət müddəti uzadılır.

Eyni zamanda, Qurban və Ramazan bayramları digər iş günü hesab edilməyən bayram günü ilə üst-üstə düşərsə, həmin günlər məzuniyyət dövrünə təsadüf etdiyi halda bir gün kimi hesablanır.

Əmək stajına görə əlavə məzuniyyət də nəzərdə tutulur

Əmək Məcəlləsinin 116-cı maddəsinə əsasən, eyni müəssisədə əmək müqaviləsi ilə çalışan işçilərə əmək stajından asılı olaraq əlavə məzuniyyət verilir.

Belə ki, 5 ildən 10 ilədək əmək stajı olanlara 2 təqvim günü, 10 ildən 15 ilədək stajı olanlara 4 təqvim günü, 15 ildən çox stajı olanlara isə 6 təqvim günü əlavə məzuniyyət düşür.

Bu staj həmin işəgötürənlə əmək müqaviləsi bağlanaraq faktiki işlənilən dövr əsasında hesablanır. Müvəqqəti əmək qabiliyyətinin itirildiyi, eləcə də qanunvericilikdə nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığı dövrlər də staja daxil edilir.

Ağır və zərərli işlərdə çalışanlara əlavə məzuniyyət

Əmək şəraiti zərərli və ağır olan, yeraltı işlərdə çalışan, eləcə də əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əlavə məzuniyyət verilir.

Belə işçilər üçün əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az ola bilməz.

Zərərli və ağır istehsalatların, peşə və vəzifələrin, eləcə də həmin işçilərə veriləcək əlavə məzuniyyət müddətlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Son xəbərlər