Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:50 Müəllimlərin orta aylıq əməkhaqqı 1030 manat təşkil edir | 19:43 89 yaşlı şəxs ehtiyatsızlıqdan sirkə içərək öldü | 19:37 Baş prokuror Binəqədidə vətəndaşları qəbul edəcək | 19:30 "Nvidia"nın keçmiş baş direktoru ABŞ Senatında dindiriləcək | 19:24 Bakıda narkotikin təsirində avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO | 19:15 "Qurtuluş-93"də binanın zirzəmisində aparılan tikinti işləri narazılığa səbəb oldu - VİDEO | 19:10 Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü | 19:03 Nazirin üstünə qışqıran hərbçiyə medal verildi | 18:59 Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi | 18:47 Bıçaqlanan hamilə qadının vəziyyəti açıqlandı | 18:38 "Qarabağ"ın legioneri Qurban Qurbanov barədə: "Onun kimi mütəxəssislər azdır" | 18:28 İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı | 18:22 Azərbaycanda bir sıra məhsulların idxalına yeni gömrük rüsumları tətbiq ediləcək | 18:15 Külli miqdarda vergi ödəməkdən yayınmaqda şübhəli bilinən şəxs saxlanıldı | 17:59 Rusiyada keçmiş sevgilisini öldürən azərbaycanlı gəncin saxlanılma kadrları - Video | 17:48 Məktəblərdə 9 günlük payız tətili başlayır: Dərslər nə vaxt başlayacaq? | 17:31 Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır | 17:29 Külək güclənəcək - XƏBƏRDARLIQ | 17:22 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı | 17:17 Hamilə qadın "ASAN Xidmət"in qarşısında qətlə yetirildi |
Mojo.az Avto
Mojo.az Avto

Paytaxtdakı bu nişan sürücülərin cərimələnməsinə səbəb olur — VİDEO

04.09.2026 22:59 453
Paytaxtdakı bu nişan sürücülərin cərimələnməsinə səbəb olur — VİDEO
Bakıda Zaur Nudirəliyev küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində qoyulan yol nişanı sürücülər üçün problem yaradır.

Median.Az İTV-yə istinadla xəbər verir ki, sükan arxasındakılar nişanı döndükdən sonra görürlər və bu onların cərimələnməsi ilə nəticələnir.

Sürücü Vüsal Yaqubov deyir ki, cərimə ilə üzləşəndən sonra həmin ünvana qayıdıb. Lakin nişanı tapa bilməkdə çətinliklə üzləşib:

“Hər gün bu yoldan istifadə edirəm. Sola baxıb, oradan gələn avtomobillərə yol verib sonra sağa dönürəm və yoluma davam edirəm. Sağ tərəfdə indiyə qədər nə yerdə, nə də yuxarıda avtobus zolağına dair nişan olub”.

Həmin yoldan mütəmadi istifadə edən digər sürücülər bildirirlər ki, nişan olsa da onu vaxtında görmək mümkün deyil. Onların sözlərinə görə, nişan təzə qoyulub və o olmadan da sürücüləri cərimələyiblər.
Mütəxəssislərin fikrincə, yol nişanı sürücünün görmə bucağında yerləşməli və ona qərar vermək üçün kifayət qədər vaxt olmalıdır.

Məsələ ilə bağlı AYNA-ya müraciət olunsa da, hər hansı münasibət bildirilməyəcəyi deyilib.

Daha ətraflı:

Son xəbərlər